Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
472
az

Bu şəkil hansı xarakterə sahib olduğunuzu deyir - Psixoloji test

19:2610 Aprel, 2018
1550
MARAQLI
  • A
 Xarakterinizin güclü tərəflərini müəyyən etməyə və bəlkə də hansı istiqamətdə inkişaf yolunu tutmağa məsləhət görəcəyik. Sizin qarşınızda insanın 8 fərqli fiqurdan çəkilmiş rəsmi var. Fiqurlardan birini seçin və xarakterinizin güclü tərəflərini təyin edin.
1-ci tip: İdarəçi
Adətən belə insanlar idarə etmə və təşkilatlandırma işlərinə meyilli olurlar. Cəmiyyət tərəfindən yüksək qiymətləndirilən davranış normalarına önəm verirlər, yüksək nitq inkişafından doğan yaxşı hekayə danışmaq bacarığına sahib olurlar. Sosial sferada Adaptasiya bacarıqları yüksək səviyyədə olur, başqaları üzərindəki hökmü bəlli çərçivədə saxlayırlar. Yadda saxlamaq lazımdır ki, bu bacarıqların özünü göstərməsi psixi inkişaf səviyyəsindən asılıdır. Yüksək səviyyədə inkişaf etmiş psixikaya sahib insanlarda bu fərdi xüsusiyyətlər inkişaf etmiş, realizə olunan və idrak edilən olur. Psix vəziyyət az inkişaf etmiş olduqda peşəkar fəaliyyətdə bu xüsusiyyətlər özünü göstərməyə bilər, situtiv ola, hətta situasiyaya əks ola bilər. Bu qayda bütün psixoloji tiplərə şamildir.

2-ci tip: Məsuliyyətli peşəkar
1-ci tipin bir çox xüsusiyyətlərinə sahib olsa da, məsuliyyət yükü yüksək qərarların qəbulunda qətiyyətsizlik göstərir. Belə tip insanlar “işin peşəkar yerinə yetirilməsinə” meyilli olurlar, yüksək peşəkarlıq, yüksək məsuliyyət və tələbkarlıq sərgiləyirlər. Əməyə və dürüstlüyə böyük dəyər verirlər. Adətən belə insanlar sinir sistemindən doğan somatik xəstəliklərdən əziyyət çəkirlər. Bunu səbəbi bir qayda olaraq, yüksək stress olur.

3-cü tip: Narahat-şübhəli
Belə insanlar əl qabiliyyətlərindən tutmuş ədəbi “vergi” yə qədər müxtəlif istedadlar toplusuna sahib olurlar. Adətən bu tip fərdlər bir peşədə “ilişib” qala bilmirlər. Onlar öz peşələrini tamamilə əks işlərlə əvəz edə bilirlər. Te-tez hobbiləri ikinci işlərinə çevrilir. Kateqorik olaraq səliqəsizlik və kirdən nifrət edirlər. Bu xüsusiyyətlərinə görə çox vaxt digər insanlarla konflik yaşayırlar. Normadan artıq həssaslığa sahibdirlər, öz-güvən əskikliyi yaşayırlar, Yüngülcə motivasiyaya ehtiyac duyurlar.

4-cü tip: Alim
Belə insanlar reallıqdan tez qopa bilirlər, “konseptual şüura” sahib olurlar, bütün baş verənlərə öz nəzəriyyələrini yaratmaq kimi bir xüsusiyyətləri var. Ruhi tarazlığa sahib olub, öz davranışlarını rasional hesablaya bilirlər. Bu kateqoriyaya aid şəxslərə, sintetik sənət sahələrində məşğul olan insanlar arasında daha çox rast gəlinir. Bu sahələrə kinomatoqrafiya, sirk, teatral peşələr, multiplikasiya və s. aiddir.

5-ci tip: İntuitiv
Bu tip insanlar sinir sisteminin yüksək həssaslığına və “bitkinlik” hissinə sahib olurlar, gördükləri işlər arasında manevr qabiliyyəti yüksək olur, adətən “azlığın vəkili” olurlar. Yeniliklər belə insanlarda çox önəmli rol oynayır. Altruistikdirlər, digər insanlara tez-tez qayğı göstərirlər, yaxşı əl-qabiliyyətləri və obrazlı təsəvvürə malikdirlər, bu da onlara texniki sənət sahələrində çalışmaq imkanı verir. Adətən öz əxlaq kodeksləri olur, daxili özünə nəzarətə sahib olurlar, azadlıqları ilə bağlı olan kənardan təsirə qəti neqativ reaksiya göstərirlər.

6-cı tip: Mühəndis, İxtiraçı, Rəssam
Bu insanlar mükəmməl təsəvvürə, məkan qavrayışına sahib olurlar. Bir çox hallarda texniki, incəsənət və intellektual yaradıcılıqla məşğul olurlar. Əksər hallarda introvertlik müşahidə olunur. “İntuitiv” tip kimi öz əxlaq normaları olur, qıraqdan heç bir təsirə açıq deyillər. Yalnız özünə nəzarəti məqbul sayırlar. Emosionaldırlar, öz original ideaları onların hərşeyidir.

7-ci tip: Emotiv
Digər insanlara qarşı yüksək empatiya bacarığına sahib olurlar, qanlı və amansız film səhnələri onlara görə deyil. Acı hadisələr onların tarazlığını tez poza bilir. Digərlərinin acısı və dərdləri onlara pis təsir edir, bütün güclərini ətrafdakıların problemlərini həll etməyə sərf edirlər, sonda isə öz potensiallarını realizə etməyə enerjiləri qalmır.

8-ci tip: Daşqəlbli
Emotiv tipin tam əksidir. Adətən digər insanların hiss etdiklərini, əzablarını hiss etmirlər və ya diqqətsizlik göstərirlər və hətta başqalarına təzyiqi artıra bilirlər. Əgər fərd yaxşı peşəkardırsa, o zaman digər insanları onun bildiyi kimi etməyə sövq edə bilir. Bəzən belə insanlar həddindən artıq laqeyd ola bilirlər, bunu səbəbi öz problemlərinə ilişib qalmalarıdır./kayzen.az Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəvələr haqda maraqlı məlumatlar
Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...
Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu