Topaz Premyer Liqasının 22-ci turunda “Neftçi” – “Sumqayıt”la qarşılaşıb.
Oxu24.com xəbər verir ki, oyunun gedişində maraqlı hadisə baş verin.
Belə ki, qonaqların futbolçusu Rəşad Eyyubov oyunun gedişində hakimdən icazə alaraq tualetə gedib.
Futbolçu özü də bu barədə açıqlama verib: "Bəli, tualetə getməli idim. Ona görə də hakimdən icazə alıb tualetə qaçdım"
Qeyd edək ki, bir neçə gün öncə "Real"ın kapitanı Serxio Ramos da eyni hərəkətlə gündəmə gəlmişdi. Oxu24.com
ŞƏRHLƏR