Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35353
az

Ordumuz tezliklə Qarabağda olacaq... - ŞƏRH

21:0113 İyul, 2020
1653
  • A

"Ermənilərin qəfil təxribat törətməsi nəticəsində şəhid olan hərbçilərimizə Uca Yaradandan rəhmət diləyir, yaxınlarına baş sağlığı verirəm. Şəhidlər ölməz. Məhz onların qanı bahasına bu gün müstəqil Azərbaycan dövləti yaşayır".

 

AZSABAH.COM-a bu sözləri Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycan əsgərinin şücaəti bir daha bizə Qarabağ, Xankədi zəfərinin uzaqda olmadığını göstərdi: "İlahi təslimiyyətimlə deyirəm ki, on minləri özündə toplayan Qarabağ Seyid Ocaqlarının təmsilçiləri əldə silah şəhid olmağa hazırdır, təki bu Vətən yaşasın, bir qarış torpağımız belə düşmən tapdağında qalmasın, təki məkrli qüvvələrə fürsət verilməsin.

Hesab edirəm ki, ordumuzun Tovuzdakı şücaəti, erməni təxribatçılarına ağır zərbə vuraraq onları geri oturtması Aprel savaşından başlanan və Qarabağın azadlığına açılan cığırın davamı idi. Eyni zamanda ordumuz erməni təxribatını pozmaqla, xaricdə və daxildə dövlətimizə qarşı cəbhələnmiş qüvvələrə sarsıdıcı zərbə endirdi, onların arzusunu ürəyində qoydu. Düşmən oyununu pozan əsgərlərimiz hər birimizin baş tacıdır, biz dualarımızla daim onların yanındayıq. Uca Yaradanın izni ilə gec-tez bu qüdrətli Azərbaycan Ordusu Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağda zəfər yürüşü keçirəcək. İnanclı kəsim olaraq buna inancımız tamdır. İnşallah bu zəfəri tezliklə yaşamaq bizlərə nəsib olar".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Polis Lerikdə əməliyyat keçirdi: Narkokuryerlər tutuldu