Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
331
az

Klaviaturada, yoxsa çap makinasında daha sürətli yazırdılar? - 40 illik müqayisə

18:4506 Aprel, 2018
1068
MARAQLI
  • A
 Finlandiyanın Aalto Universitetinin alimləri klaviaturada lazımi mətnin tez yığılma üsulunu müəyyənləşdiriblər.

“Oxu24.com” ICTnews-a istinadən xəbər verir ki, eksperimentdə 200 ölkədən xüsusi saytda qeydiyyatdan keçən 169 min nəfər iştirak edib.

Xüsusi proqram çap sürətinin və mətnin yığılması üzrə digər xüsusiyyətlərin təhlilini aparıb. Ümumilikdə 136 milyon klaviş basılması analiz olunub. Həmçinin, eksperimentdə iştirak edən könüllülərin cinsi, yaşı, peşəsi haqqında informasiya təqdim edilib.

Məlum olub ki, sürətli tez çap edənlər az səhvə yol verir, yavaş çap edənlər isə axtarış və səhvlərin düzəldilməsinə çox vaxt sərf edirlər.

Mətnin sürətli yığılmasının digər xüsusiyyəti eyni anda bir neçə klavişin basılmasıdır. Sürətli çap edən insanlar növbəti simvolu tələb olunandan daha əvvəl basırlar. Onlar simvolu əvvəlki klaviş buraxıldıqdan sonra onu buraxmaqla çap edirlər.

Hazırda orta istifadəçi 1 dəqiqəyə 52 söz yığır. Alimlər qeyd edir ki, bu, 1980-ci illərin makinaçılarının göstəricisindən xeyli aşağıdır. O zaman 1 dəqiqəyə orta hesabla 60-90 söz, təcrübəli kargüzarlar tərəfindən isə 120 söz yığılıb.

Tədqiq edilən material əsasında alimlər tərəfindən bir sıra tövsiyələr hazırlanıb: səhv buraxmamağa çalışmaq, çünki onların düzəlişinə çox vaxt sərf olunur; lazımi klavişləri əvvəlcə sıxmaq; baxmadan çap etməyi öyrənmək, çünki belə səhvləri düzəltmək daha asandır.

Bununla yanaşı, alimlər faydalı bacarıqları itirməmək üçün mətnlərin yığılmasını daha çox məşq etməyi məsləhət görürlər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi