Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
2497
az

Günəşə uzun müddət baxsaq nələr olar?

21:0001 İyun, 2018
1258
MARAQLI
  • A
Günəşə uzun müddət birbaşa olaraq baxmaq çox ağıllı fikir deyil, bunu hamı bilir. Bəs, o zaman gözümüzdə nələr reallaşır?

Günəş ilə əlaqədar çoxumuzun eşitdiyi məlumatlardan biri, uzun müddət baxıldığında qalıcı korluğa belə səbəb ola bilməsidir. Bəs necə olur ki, gözümüzə bu cür bir zərər dəyir?

Oxu24.com deyerler.org-a istinadən bildirir ki, əvvəlcə işığın, əslində son dərəcə yüksək miqdarda enerji daşıdığını bilmək lazımdır. Lakin işıq qaynaqlarının gücü və uzaqlığı, gözümüzə çatana qədər işığın edəcəyi təsirin zəifləməsinə səbəb olur. Bu səbəbdən səmada və ya yer üzündə olsun, bəzi işıq qaynaqlarına baxmaqda problem olmadığı halda, bəziləri çətinlik yarada bilir.

Günəşə teleskopla baxarkən, zərərlərinə qarşı maneə törətmək məqsədilə xüsusi filtrlər istifadə edilir. Bu filtrlər olmadan teleskopla baxmaq, ağla gələ biləcək ən pis fikirlərdən biridir. Tək teleskopa gərək qalmadan, normal şəkildə başınızı qaldırıb uzun müddət baxsanız da, gözlərinizi məhv edə bilərsiniz.

Açıq havalarda günəş, ortalama bir lampadan tam 5000-qat daha parlaq olur. Belə bir gücə sahib günəşə yalnız bir anlığına baxıb başınızı çevirdiyinizdə, gözünüzün qarşısında bulanıq bir yumru şəklin meydana çıxdığını görərsiniz.

Bu görünüşün meydana gəlməsinin səbəbi, gözünüzdə gələn işığa dair məlumatları işləyən hüceyrələriniz və bu əməliyyatlar sonrasında istifadə edilən zülalların, sıx işıq bombardmanı nəticəsində sanki qısa dövrə edərək zərər görməsindən qaynaqlanır. Gözdə ağrı qəbulediciləri də olmadığı üçün, hər hansı bir şəkildə ağrı hiss etmirsiniz, lakin bulanıq görünüş bir müddətə gözünüzün qarşısında qalır.

Əgər baxmağa uzun müddət davam etsəniz, gözünüzə həddindən artıq yükləmədən daha çoxunu edirsiniz. Hər şeydən əvvəl, anormal dərəcədə yüksək miqdarda şüa gözünüzün ön qisimindəki qişanı yandırır və bu hadisə çox iti bir ağrı hiss etmənizə də səbəb olur. Çünki qişada, gözün geri qalanının əksinə ağrı qəbulediciləri var, tam olaraq bu sayədə gözünüzə bir şey dəyəndə ağrı hiss edirsiniz.

Sıx miqdardakı işıq qişada toxumalara ziyan verir və gözünüzdə işığın bir daha normal şəkildə işlənməməsinə səbəb olur.

Məruz qalınan müddət artdıqca, aldığınız ziyanların yaxşılaşma müddəti də gedərək uzanır və bəzən illərlə çəkə bilər. Çox nadir vəziyyətlərdə isə, gözünüz bir daha əsla yaxşılaşmaya bilər.


Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"
Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı