Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
22400
az

\"Nərminin öldürülüməsində Xoşqədəm Hidayətqızı da günahkardır\" - İlginc açıqlama

15:2709 Yanvar, 2020
2763
  • A

“Nərminin öldürülüməsində Xoşqədəm Hidayətqızı da günahkardır. İndi ağlayıb maskalanmaq lazım deyil. Əgər efirə çıxarılmasaydı, bu mövzu ilə birbaşa hüquq-mühafizə orqanları məşğul olsaydı, daha doğru olardı. Amma Xoşqədəm hər gün efirdən bu mövzunu işıqlandırıb özünə reytinq yığırdı”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri təhsil eksperti Elçin Əfəndi səsləndirib.

“Xoşqədəm axırda da deyir, mən bilirdim ki, Nərmin həyatda deyil, amma yenə də ümid edirdim. Sual yaranır: Haradan bilirdin? Axı istintaq deyir ki, mərhum 5 gün əvvələdək sağ imiş. Efirlərdən bu və bu kimi verilişlər yığışdırılmalıdır.

Xoşqədəm 10-12 gün əvvəl efirdən birbaşa belə bir cümlə işlətdi: "Sənin izinə düşmüşük. Tezliklə tapacağıq". Və qatil bundan sonra hərəkətə keçdi. 5-6 gün əvvəl öldürdü və gətirib qapıdan xeyli aralıda yandırdı. Bu işdə mənə görə bu şəxslər daha çox şübhəlidir: ana, ananın müdafiə etdiyi qaynı və qaynı oğlu. Ananın fikrinə baxın. Deyir ki, "Mən kafedə işləyirdim. Nərmin qoymurdu məni". Sonra da deyir qaynım və qaynımoğlu edə bilməz bu hadisəni. Ana öz anasının fikirlərinə qarşı çıxır. Balası itkin düşən ananın sifətində "şıram" yox. Üzünə əl atmayıb, özünü şübhəli aparır. Üzünə "şıram" atmaması da ayrı bir detaldı. Adi qəza xəbərində qadınlar üzlərinə əl atır, cırırlar. Qısası, fikrimcə, yaxın günlərdə qatil və onun əlbir olduğu şəxslər müəyyənləşəcək. Yekun olaraq deyim ki, mən yenə də Xoşqədəmi günahkar qismində görürəm. O qatilə qətl üçün təkan verdi”,- deyə o bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
“Azəriqaz”ın direktor müavininin bacanağı hakim qarşısına çıxarıldı