Başqaları kimi onu da güllələyəcəkmişlər, Stalin qoymayıb - MARAQLI FAKT
27 Oktyabr 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
303
16.09.2026, 15:40
Qafqaz İslam Ordusunun zabitlərindən olan Nimetullah Paşa Bakını xilas etməyə gələrkən Nuri Paşadan icazə alaraq anasız qalmış 8 yaşlı Ahmet adlı oğlunu da özü ilə gətirir.
Bakıya gələrkən yolda oğlu Ahmeti Gəncə şəhərində bir evə qoyub mübarizəyə qoşulur.
Geri qayıdarkən oğlunu tapa bilmir. Nimetullah Paşa oğlunu tapmadan məcburi geri qayıtmalı olur. Bu zaman Sovet hökuməti qurulduğu üçün artıq Türkiyə ilə Azərbaycan sərhədləri müəyyənləşir və balaca Ahmetin vətəninə qayıdışı mümkün olmur. Sonralar adını dəyişərək Novruz Cəfərov olan Ahmet illər sonra atası ilə Lənkəran şəhərində qarşılaşır. Yenə də Novruz Dədənin geri qayıtması mümkün olmur. Çünki ata və oğul türk olduqlarını gizlətməli idi. İkinci Dünya müharibəsi başlayır və Novruz Dədə müharibəyə qoşulur. Sonralar Stalin tərəfindən Tatarıstana sürgün olunur. 10 il sürgün həyatı yaşayır. Başına çoxlu müsibətlər gələn Novruz Dədə təxminən 50 yaşında evlənir və həyatına Bakıda davam edir.
İllər sonra, təxminən 90 il sonra Novruz Dədə, nəhayət, Türkiyəyə, doğulduğu İstanbul şəhərinə qayıda bilir və böyük bir izdihamla qarşılanır. Əyilərək torpağı öpən Novruz Dədə başına gələnləri kövrələrək danışır...
Novruz Dədə 100 yaşında Bakıda vəfat etmiş, hər iki ölkə nümayəndələrinin iştirakı ilə dəfn olunmuşdur.
Jalə
19:01 / 27 Oktyabr 2026
8
18:54 / 27 Oktyabr 2026
26
18:49 / 27 Oktyabr 2026
134
18:46 / 27 Oktyabr 2026
28
18:41 / 27 Oktyabr 2026
31
18:34 / 27 Oktyabr 2026
50
18:30 / 27 Oktyabr 2026
65
18:23 / 27 Oktyabr 2026
58
18:20 / 27 Oktyabr 2026
63
18:05 / 27 Oktyabr 2026
112
18:05 / 27 Oktyabr 2026
101
18:02 / 27 Oktyabr 2026
72
18:00 / 27 Oktyabr 2026
69
17:50 / 27 Oktyabr 2026
70
17:33 / 27 Oktyabr 2026
1016
17:29 / 27 Oktyabr 2026
98
17:27 / 27 Oktyabr 2026
145
17:19 / 27 Oktyabr 2026
108
17:16 / 27 Oktyabr 2026
96
17:13 / 27 Oktyabr 2026
92
17:02 / 27 Oktyabr 2026
145
16:56 / 27 Oktyabr 2026
85
16:51 / 27 Oktyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.