Nostradamusun 500 illik sirri yenidən gündəm oldu
16 Sentyabr 2026, 05:25
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
47
16.09.2026, 14:00
Orta məktəb illərində o, elmə, təhsilə marağı ilə yanaşı, həm də çevikliyi, qoçaqlığı ilə həmyaşıdlarından fərqlənib.
Məktəbli Səmədin arzusu müəllimlik peşəsinə yiyələnmək olub. Elə müəllimləri də onun gələcəkdə tanınmış bir pedaqoq olacağına şübhə etməyiblər.
Səməd Abdullayev bu “gələcəyi” çox da uzağa aparmayıb. Məktəbi bitirdikdən bir neçə il sonra tanınıb, məşhurlaşıb, amma müəllim kimi yox, qəhrəman və igid kimi...
Səməd Abdullayev 1920-ci ildə Ağdaşda anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdaş Pedaqoji Texnikumunda təhsil alıb. İlk pedaqoji fəaliyyətinə Oğuz rayonunda müəllim kimi başlayıb.
1939-cu ildə Səməd Abdullayev həqiqi hərbi xidmətə yollanıb. Tbilisidə hərbi-sanitar təlimatçılar məktəbini bitirdikdən sonra Şimali Qafqaz və Krımda xidmətini davam etdirib.
1941-ci ildə müharibə başlananda Səməd Abdullayev hərbi əməliyyatlar aparan 18-ci ordunun tərkibində döyüşlərdə iştirak edib. Həmin ilin sonunda hərbi əməliyyatlar zamanı ağır yaralanıb. Hospitalda müalicə aldıqdan sonra ön cəbhədə xidmətdən möhlət hüququ alsa da, Səməd Abdullayev yenidən döyüş bölgələrinə qayıdıb.
1943-cü ilin iyun ayında Krım istiqamətində gedən döyüşlərdə tibb xidməti starşinası Səməd Abdullayev yaralı döyüşçülərə döyüş meydanında tibbi yardım göstərəndə mühasirəyə düşmək ehtimalını anlayaraq silahla 19 nəfər alman döyüşçüsünü məhv edib, mühasirə halqasını yararaq yaralı döyüşçüləri arxaya çıxarıb.
Göstərdiyi qəhrəmanlığa görə Səməd Abdullayev “İgidliyə görə” medalı ilə təltif olunub.
Xidmət etdiyi hərbi hissədə Səməd Abdullayev şəxsi heyətin hörmətini qazanıb, onu hərbi sanitar yox, döyüşçü sanitar adlandırıblar.
Döyüş meydanlarında Səməd Abdullayevin “yükü” ikiqat olub - bir əlində sanitar çantası, bir əlində silahı.
1943-cü ilin noyabrında Kerç istiqamətində gedən ağır döyüşlərdə Səməd Abdullayev döyüş meydanında yaralı vəziyyətdə tək qalmış komandirini xilas edib.
Əraziyə ardı-arası kəsilməyən bombaların, mərmilərin düşməsinə baxmayaraq Səməd Abdullayev komandirini tək qoymayıb.
Həmin əməliyyat zamanı beş alman döyüşçüsü ilə əlbəyxa döyüşə girərək onları məhv edib, özü isə yaralanıb.
Yaralı vəziyyətdə komandirini təhlükəsiz yerə çıxaran Səməd Abdullayevi təcili səhra qospitalına çatdırıblar.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 noyabr 1943-cü il tarixli fərmanı ilə tibb xidməti starşinası Səməd Həmid oğlu Abdullayev ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunub.
Qəhrəmanın təltifi anasına təqdim olunub.
Səməd Abdullayev Kerç yaxınlığındakı Geroyevski qəsəbəsində dəfn olunub. Hazırda həmin yerdə müharibə qəhrəmanlarının xatirəsinə abidə kompleksi ucaldılıb.
Səməd Abdullayevin qəhrəmanlığı ilə bağlı sovet mətbuatında mütəmadi olaraq yazılar dərc olunub, onunla birgə xidmət edib müharibə xatirələrini yazanlar öz kitablarında Səməd Abdullayevə xüsusi yer ayırıblar.
Hətta milliyətcə erməni olan general-mayor Andranik Kazaryan özünün “Krım uğrunda döyüşlərin qəhrəmanları” kitabında Səməd Abdullayevə səxavətlə yer ayırıb:
“Döyüşlər zamanı tez-tez bu çağırışlar eşidilirdi: “Abdullayev, təcili bura”, “Abdullayev, kömək lazımdır”, “Abdullayev, xilas et”. Səməd Abdullayev güllə yağışı altında bu şağırışların ardınca tələsirdi. O, heç vaxt darda qoymurdu, ölümlə üz-üzə dayananda belə. Azərbaycan xalqının qəhrəman oğlu Səməd Abdullayevi heç nə qorxurtmurdu, o, yalnız onu gözləyənləri, yaralı döyüşçüləri düşünürdü.
Təəssüf ki, o, öz arzusuna, qələbə gününə qovuşmaq istəyinə çata bilmədi. Biz onu dəfn etdik, onun arzularının arxasınca irəliyə, qələbəyə doğru addımladıq...”
Hazırda Səməd Abdullayevin oxuduğu Ağdaş rayon Qolqəti kənd orta məktəbi qəhrəmanın adını daşıyır.
Həmçinin Qolqəti kəndində qəhrəmanın abidəsi ucaldılıb, ev muzeyi yaradılıb.
İlham Cəmiloğlu.
14:32 / 16 Sentyabr 2026
6
14:29 / 16 Sentyabr 2026
20
14:26 / 16 Sentyabr 2026
46
14:22 / 16 Sentyabr 2026
41
14:15 / 16 Sentyabr 2026
52
14:08 / 16 Sentyabr 2026
168
14:06 / 16 Sentyabr 2026
84
14:05 / 16 Sentyabr 2026
43
14:00 / 16 Sentyabr 2026
42
13:50 / 16 Sentyabr 2026
49
13:47 / 16 Sentyabr 2026
63
13:45 / 16 Sentyabr 2026
130
13:45 / 16 Sentyabr 2026
50
13:41 / 16 Sentyabr 2026
60
13:21 / 16 Sentyabr 2026
90
13:10 / 16 Sentyabr 2026
57
13:05 / 16 Sentyabr 2026
56
13:04 / 16 Sentyabr 2026
314
13:02 / 16 Sentyabr 2026
50
13:00 / 16 Sentyabr 2026
59
12:59 / 16 Sentyabr 2026
55
12:55 / 16 Sentyabr 2026
57
12:36 / 16 Sentyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.