Bir küçədə iki dövlət - Dünyanın ən qəribə 5 sərhədi
14 Noyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
467
15.09.2026, 19:15
Azərbaycanın cənubunda, Talış dağlarının sıx meşələri arasında çoxlarının adını belə eşitmədiyi, təbiətin qoynunda gizlənən möhtəşəm bir məkan var – Bibihoni şəlaləsi
Oxu24.com xəbər verir ki,Lerik rayonunun Bibihoni kəndi ərazisində yerləşən bu şəlalə ətrafındakı sıx meşə, qayalıqlar və gur axan suları ilə insanda tamam başqa bir hiss yaradır. Bura elə bir məkandır ki, sivilizasiyanın səs-küyündən uzaqlaşdıqca yalnız meşənin xışıltısını və şəlalənin gurultusunu eşidirsiniz.
Bibihoni adının özü də bu ərazinin tarixindən və təbiətindən xəbər verir. Tədqiqatçılara görə, toponimin ilkin forması “Bibahoni” olub. Talış dilində “bib” – heyva, “honi” isə bulaq mənasını verir. Yəni Bibihoni adı “heyvalı bulaq” kimi izah olunur. Ərazidə vaxtilə heyva ağaclarının olması və bulağın da bu adla tanınması toponimin yaranması ilə əlaqələndirilir.
Amma Bibihoninin ən maraqlı xüsusiyyətlərindən biri yalnız adının mənası deyil. Burada əslində bir yox, iki şəlalə – Böyük və Kiçik Bibiyoni yerləşir. Sıx meşəliyin içində bir-birinə yaxın axan bu iki şəlalə təbiətin yaratdığı qeyri-adi mənzərəni tamamlayır. Elə buna görə də bəzi mənbələrdə onlar “iki qardaş şəlalə” kimi təqdim edilir.
Şəlaləyə gedən yol da özü-özlüyündə kiçik bir macəradır. Bibihoni kəndinə gedən yol Hamarmeşə ərazisindən ayrılır və kəndə qədər təxminən 4 kilometr davam edir. Kənddən sonra şəlaləyə qədər məsafə isə təxminən 500–600 metrdir. Əraziyə görə hündür avtomobillərlə hərəkət etmək daha əlverişlidir, bir çox insan isə bu yolu piyada qət etməyə üstünlük verir.
Meşənin dərinliyinə doğru irəlilədikcə ətrafdakı mənzərə daha da dəyişir. Ağacların arasından süzülən işıq, nəm torpağın qoxusu, qayaların üzərindəki yaşıllıq və uzaqdan eşidilən su səsi insanı tədricən gündəlik həyatın səs-küyündən uzaqlaşdırır. Bir müddət sonra isə şəlalənin səsi getdikcə güclənir və ağacların arasından gur su axını görünməyə başlayır.
Xüsusilə yağışlardan sonra Bibihoninin görünüşü daha da möhtəşəm olur.
Nigar
18:40 / 15 Noyabr 2026
1
18:05 / 15 Noyabr 2026
82
17:53 / 15 Noyabr 2026
183
17:43 / 15 Noyabr 2026
407
17:16 / 15 Noyabr 2026
375
17:12 / 15 Noyabr 2026
1762
17:09 / 15 Noyabr 2026
85
15:50 / 15 Noyabr 2026
104
15:25 / 15 Noyabr 2026
132
15:15 / 15 Noyabr 2026
128
14:47 / 15 Noyabr 2026
174
14:34 / 15 Noyabr 2026
358
14:25 / 15 Noyabr 2026
148
14:19 / 15 Noyabr 2026
123
14:02 / 15 Noyabr 2026
491
13:27 / 15 Noyabr 2026
364
12:55 / 15 Noyabr 2026
1704
12:36 / 15 Noyabr 2026
413
12:28 / 15 Noyabr 2026
174
12:11 / 15 Noyabr 2026
152
11:52 / 15 Noyabr 2026
226
11:43 / 15 Noyabr 2026
151
11:29 / 15 Noyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.