Qaynar xətt:

(+99450) 247 90 86

Qulluqçu işlədiyi evin sahibi oldu - Film kimi olay - FOTO

Qulluqçu işlədiyi evin sahibi oldu - Film kimi olay - FOTO

CƏMİYYƏT

379

04.08.2023, 16:10

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyədə uzun illər nökərçilik etdiyi evin sahibinin qızı olduğunu öyrənən qadın 1 milyard lirəlik varidatın sahiblərindən birinə çevrilib.

OXU24.COM  bildirir ki, Türkiyədə Niyazi Üzmez adlı şəxs ölüm yatağında gözüyaşlı vəziyyətdə Kalbiye Sağlamın onun qızı olduğunu etiraf edib. Beləcə qulluqçu qadın 2 fabrik və 50 daşınmaz əmlakın sahiblərindən biri olub.

Kalbiyənin anası ilə Niyazi cavan vaxtlarında eşq yaşayıblar. Anası hamilə qaldıqdan sonra onu Niyazinin sahibi olduğu fabrikdə mühafizəçi işləyən şəxsə ərə veriblər. Kalbiyə doğulandan sonra da rəsmi sənədlərdə həmiş şəxsin qızı kimi qeydiyyata düşüb və 2023-cü ilə kimi həmin şəxsin doğma atası olduğunu zənn edib.

Niyazinin etirafından sonra DNT analizi verilib və qan analizinin nəticələri də məlumatın doğruluğunu təsdiqləyib.

 

 

Məqaləyə dair fotomateriallar: