TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
341
21.07.2023, 21:25
Aylardır arzuladığı toy üçün dəqiqələri sayarkən aldandığını öyrənən Keysi adlı qadının intiqamı günün ən çox danışılan mövzularından birinə çevrilib.
OXU24.COM xəbər verir ki, Keysi 6 ildir həyatının eşqi olduğuna inandığı Alekslə evlənmək üçün həyəcan keçirərkən nişanlısının uzun müddətdir onu aldatdığına dair mesaj alıb. Toydan əvvəl dostları ilə bir oteldə qaldığını izah edən Keysi telefonunda mesajı ilk görəndə bunun yeni təbrik mesajı olduğunu düşünüb. Ancaq tanımadığı nömrədən gələn mesajda "Mən onunla evlənməzdim. Sən evlənərsən?" yazılıb. Mesajla yanaşı, adı açıqlanmayan qadın nişanlısının mesajlarını və birlikdə çəkilmiş şəkillərini də göndərib.
Dostlarının qarşısında göz yaşlarına boğulan qadın yazışma tarixlərini yoxlayanda nişanlısının bu qadınla çoxdan görüşdüyünü, bəzi mesajların isə hətta bir neçə gün əvvələ aid olduğunu aşkar edib. Aleks aldatdığı qadınla həftə sonu gəzintisi də planlaşdırırdı və bunu mesajlarında açıq şəkildə bildirib.
Qəzəblənən dostları Keysidən dərhal Aleksə zəng vurub toyu ləğv etdiyini söyləməsini xahiş etsələr də, gənc qadın hamının gözü qarşısında qisasını almaq istəyib:
"Gəlinliyimdə otağın qarşısında dayanıb dostlarımın üzünə baxdım. Əllərim titrəyirdi. Bu, həyatımın ən xoşbəxt günü olmalı idi, əksinə, arzuladığım münasibətin son günü idi. Üstəlik, bütün ailəm və sevdiklərim bu anın şahidi olacaqdılar".
O, dərindən nəfəs aldıqdan sonra kütləyə "görünür, Aleks düşündüyüm adam deyilmiş" deyib. Gəlin bildirib ki, bəy uzun müddətdir ki, onu aldadır. Daha sonra Keysi çiçəyin altında gizlətdiyi telefonu çıxarıb və bəyin mesajlarını oxumağa başlayıb:
"Dediyim hər sözlə Aleksin rəngi dəyişirdi. Onun deməyə sözü yox idi. O, dostu ilə birlikdə kilsəni tərk etdi. Ailəsi onun gedişini dəhşət içində izlədi".
Bəy toy məkanını tərk etdikdən sonra qonaqlar gəlini alqışlamağa başlayıblar. Keysi arzusunda olduğu toyunu reallaşdıra bilməsə də, sevdikləri ilə əyləncəli ziyafət keçirib. Gəlinin qisası sosial media ilə yanaşı beynəlxalq mediada da diqqət çəkib.

15:10 / 29 Sentyabr 2026
33
14:56 / 29 Sentyabr 2026
58
14:40 / 29 Sentyabr 2026
47
14:21 / 29 Sentyabr 2026
102
14:18 / 29 Sentyabr 2026
12
14:15 / 29 Sentyabr 2026
60
14:08 / 29 Sentyabr 2026
74
14:00 / 29 Sentyabr 2026
56
13:58 / 29 Sentyabr 2026
56
13:45 / 29 Sentyabr 2026
172
13:40 / 29 Sentyabr 2026
59
13:36 / 29 Sentyabr 2026
50
13:25 / 29 Sentyabr 2026
250
13:24 / 29 Sentyabr 2026
181
13:22 / 29 Sentyabr 2026
132
13:18 / 29 Sentyabr 2026
66
13:10 / 29 Sentyabr 2026
53
13:04 / 29 Sentyabr 2026
236
12:52 / 29 Sentyabr 2026
86
12:48 / 29 Sentyabr 2026
124
12:42 / 29 Sentyabr 2026
78
12:35 / 29 Sentyabr 2026
62
12:29 / 29 Sentyabr 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.