Qaynar xətt:

(+99450) 247 90 86

Nəvədən VƏHŞİLİK: nənəsini çəkiclə döyüb öldürdü, meyiti...

Nəvədən VƏHŞİLİK: nənəsini çəkiclə döyüb öldürdü, meyiti...

CƏMİYYƏT

382

06.07.2023, 20:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rostov yaxınlığındakı Aksay şəhərində dəhşətli hadisə baş verib. 

OXU24.COM lent.az-a istinadən bildirir ki, Rostov vilayəti prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, tərk edilmiş ərazidə yaşlı qadının meyiti tapılıb.

Mərhumun nəvəsi vəhşicəsinə qətl törətməkdə şübhəli bilinir.

Məlum olub ki, gənc nənəsinin mənzilində olarkən onunla güclü mübahisə edib. O, əsəbləşərək qadının başına çəkiclə 9 dəfə zərbə endirib. Təqaüdçü hadisə yerində dünyasını dəyişib.

Daha sonra qatil cinayəti ört-basdır etmək qərarına gəlib. Bir dostu ona kömək edib. Onlar birlikdə mənzildə olan qan izlərini yuyub, qətlə yetirilən qadının meyitini tərk edilmiş əraziyə aparıb, üstünü otla və dəmir-beton plitə ilə örtüb, cinayət silahını gizlədiblər.