TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
359
02.07.2023, 20:59
Şəkidə baş verən ağır yol qəzasında biri azyaşlı olmaqla iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb.
OXU24.COM APA-ya istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Nazim Umarhacı oğlu Umarov idarə etdiyi "Reno Loga" markalı 99-VG-782 dövlət nömrə nişanlı minik avtomobillə hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.
Qəza zamanı avtomobildə olan sərnişinlərdən - 1993-cü il təvəllüdlü Azər Əli oğlu Murtuzov və Şəki rayonu Suçma kənd sakini 2019-cu il təvəllüdlü Sədəf Dilqəm qızı Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Sürücü N. Unarov və daha iki sərnişin - qəza zamanı həyatını itirən azyaşlı Sədəfin atası, 1990-cı il təvəllüdlü Dilqəm Vəli oğlu Seyidəliyev və 2001-ci il təvəllüdlü Beyləqən rayon sakini Əşrəf Zöhrab oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər və yaralılar əraziyə cəlb eilmiş Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq, aidiyyəti üzrə həkim briqadasına təhvil verilib.
Meyitlər müayinə edilməsi üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə göndərilib.
Yaralanan şəxslər isə müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
--------
19:27
Bu gün saat 18.00 radələrində Şəki giriş avtomobil yolunda hərəkətdə olan "Reno Loga" markalı 99 NG 782 dövlət nömrə nişanlı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb.
OXU24.COM APA-ya istinadən bildirir ki, sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
İlkin məlumata görə, daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti və sərnişinləri çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
22:28 / 29 Sentyabr 2026
26
22:28 / 29 Sentyabr 2026
132
22:24 / 29 Sentyabr 2026
34
22:09 / 29 Sentyabr 2026
47
22:09 / 29 Sentyabr 2026
62
21:58 / 29 Sentyabr 2026
76
21:45 / 29 Sentyabr 2026
55
21:36 / 29 Sentyabr 2026
68
21:26 / 29 Sentyabr 2026
57
20:56 / 29 Sentyabr 2026
295
20:53 / 29 Sentyabr 2026
72
20:48 / 29 Sentyabr 2026
665
20:46 / 29 Sentyabr 2026
67
20:38 / 29 Sentyabr 2026
85
20:33 / 29 Sentyabr 2026
76
20:27 / 29 Sentyabr 2026
65
20:25 / 29 Sentyabr 2026
80
20:23 / 29 Sentyabr 2026
63
20:14 / 29 Sentyabr 2026
53
20:09 / 29 Sentyabr 2026
62
19:52 / 29 Sentyabr 2026
63
19:49 / 29 Sentyabr 2026
83
19:37 / 29 Sentyabr 2026
232
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.