Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91744
az

Demokratiyadan dəm vuran Fransa diktatura mərkəzinə çevrilir

13:2329 İyun, 2023
171
MANŞET
  • A

Xəbər verdiyimiz kimi, Fransada polis qaradərili yeniyetməni öldürdükdən sonra iğtişaşlar başlayıb. Qətli törətmiş polis həbs olunsa da, bu hadisə kütləvi iğtişaşlara səbəb olub. Şəhərdə barrikadalar qurulub, avtomobillərə od vurulub, polislə toqquşmalar olub. İğtişaşlar Parisin digər vilayətlərinə də keçib, bir neçə şəhərdə qarşıdurmalar baş verib.

 

Bu gün isə Fransada etiraz aksiyalarında həbs olunanların sayı 150-yə çatıb. Fransa prezidenti bununla bağlı olaraq səhər saat 8-də nazirliklərarası böhran iclasını çağırıb.

Politoloq Tural İsmayılov Trend-ə açıqlamasında bildirib ki, Makronun hakimiyyətə gəlişindən sonra Fransada irqçilik və rasisizm pik həddə çatıb.

"Fransa uzun illər ərzində insan haqlarını heçə saymağa davam etdi və qəddar, qəbuledilməz, qeyri-insani siyasətinin nəticələrini biz tarix boyu gördük. Və bu gün də Fransa həmin o faşist zehniyyatını davam etdirir. Əlcazair müsəlmanlarına qarşı Fransanın törətdiyi qətliamlara görə beynəlxalq hüquq sistemində cavab verməməsi, eyni zamanda Əlcazirdən başqa, bütün Afrika coğrafiyasında-Ruanda və digər ölkələrdə bir sıra cinayətlərdə Fransanın əlinin olması tarixi sübuta yetirilmiş faktlardan biridir. Bu gün Almaniya öz faşist siyasətinə görə dünya qarşısında cavabdehlik daşıyarkən, Fransa tarix boyu heç bir cinayətinə görə məsuliyyətə cəlb edilməyib", - deyə o, əlavə edib.

T.İsmayılovun fikrincə, aparılan rəy və sorğular da göstərir ki, bu gün Fransada irqçilik və rasisizm, eyni zamanda etnik dözümsüzlük ən üst səviyyəyə çatıb. Sorğuların nəticələrinə görə, cəmiyyət içərisində bu eyforiyanın güclü olmağının ən böyük səbəblərindən biri Fransanın radikal faşist-siyasi qüvvələridir. Bu gün Fransada Marine Le Penin rəhbərliyi altında olan əsas müxalifət partiyasından Emmanuel Makronun hakimiyyətinə qədər hər yerdə faşizm elementləri hiss olunur. Makronun hakimiyyətə gəlişindən sonra Fransada bu vəziyyət daha da pik həddə çatdı.
 

"Bu gün 17 yaşlı əlcazirli gəncin etnik nifrət və dözümsüzlük konteksində öldürülməsi böyük bir siyasi ayıbdır. Amma təəssüflər olsun ki, bəzən Fransanın və erməni lobbisinin siyasi quberniyasına çevirilmiş Avropa parlamenti, AŞPA kimi qurumlar Fransanın bu qeyri-insani addımlarına lazımi reaksiyanı vermir. Buna görə də mən hesab edirəm ki, dünyadakı bütün QHT-lər və vətəndaş fəalları, həmçinin media nümayəndələri bu prossesdə aktiv olmalı, Fransanın bu misilsiz cinayətlərinə qarşı beynəlxalq miqyasda kampaniyaları daha fəal aparmalıdırlar".- politoloq qeyd edib.

Fransada baş verən zorakılıq hallarını Trend-ə şərh edən deputat Vüqar İskəndərov qeyd edib ki, Fransada baş vermiş hadisələr bir daha bu ölkənin xislətindən xəbər verir. Özünü demokratiya carçısı kimi dünyaya sırayan bu ölkənin güc strukturunun üzvü irqi zəmində 17 yaşlı bir yeniyetmənin həyatına son qoymaqla bir daha bu dövlətin simasını nümayiş etdirmiş oldu. Əlbəttə bu hadisə Fransa xalqı tərəfindən də ən sərt şəkildə qınanılmaqla kütləvi iğtişaşlara səbəb olub.

"Hazırda Fransada baş vermiş hadisələr əslində Makron siyasətinin tam tənəzzülə uğramasının nəticəsidir. Çünki artıq Fransa xalqı da anlayır ki, Makronun xalqla rəftarı bir despot rəftarıdır. Sanki demokratiya mərkəzi olan Fransa artıq diktaturaya çevrilir. Polis tərəfindən qəddarcasına Əlcəzair əsilli bir yeniyetmənin soyuqqanlı şəkildə qətlə yetirilməsi bu dövlətin öz xalqı ilə rəftar formasından xəbər verir. Görünür, artıq Makronun demokratiya, tolerantlıq kimi məfhumlar yadından çıxıb. Artıq kütləvi itaətsizlik göstərmiş Fransa xalqı ölkənin gələcəyinin bu siyasətçiyə əmanət olunmasından da narazı olduğunu göstərir", - deyə Vüqar İskəndərov bildirib.

V.İsgəndərov əlavə edib ki, Fransanın bir neçə şəhərində kütləvi etiraz dalğası başlayıb. Xarici siyasətində çoxsaylı uğursuzluqlara məruz qalan Fransa ölkə daxilində də ciddi problemlərlə üzləşib.

"Bu vəziyyətdə Fransa prezidenti Emmanuel Makronun və komandasının nüfuzu daha böyük sürətlə sarsılır. Fransa vaxtilə elə Azərbaycan da daxil olmaqla bəzi dövlətlərin daxili işlərinə qarışmaq əvəzinə öz daxili siyasitəni düzgün yeritsəydi bu gün Markona qarşı belə bir kütləvi iğtişaş olmazdı. Bu gün Fransada vəziyyət elədir ki, sanki hökümət cəmiyyət qarşısında heç bir güzəştə getmək tərəfdarı deyil. Əksinə demokratik sütunları dağıtmaqla məşğuldur. Təəssüfedici məqam isə ondan ibarətdir ki, bütün bunlara qərb medias, beynəlxalq təşkilatlar heç bir reaksiya vermir. Sanki Fransa kimi ölkələrdə insan haqlarının, hüquqlarının pozulması normal bir haldır. Ancaq digərlərində cüzi bir lokal hadisə dünyada gündəm yaradacaq bir hala çevrilir. Yaxşı olardı ki xüsusilə də Qərb və Avropa institutları, AŞPA, AP kimi qurumlar öz daxili aləmlərinə də göz gəzdirərdilər", - deyə Vüqar İskəndərov bildirib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarın 16-da səmada qeyri-adi hadisə olacaq
Aparıcının halı pisləşdi - Təcili xəstəxanaya!
Yeni informasiya sistemi yaradıldı - REİS

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıt və Abşeronda 26 min manatlıq      oğurluq     edilib