Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu şəxslərin maaşında 35 və 10 faiz artım olacaq - RƏSMİ

Azərbaycanda bu şəxslərin maaşında 35 və 10 faiz artım olacaq - RƏSMİ

CƏMİYYƏT

321

21.06.2023, 10:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünəndən etibarən müəllimlərin sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi başlayıb.

OXU24.COM BAKU.WS-ə istinadən bildirir ki, test imtahanları 13 şəhərdəki 23 imtahan mərkəzində təşkil olunub.
Ətraflı

İmtahan üçün müəllimlərə 120 dəqiqə vaxt ayrılıb. Bir çox müəllim imtahanda sualları vaxtından əvvəl cavalandırmağı bacarıb. Müəllimlər arasında maksimum 60 bal toplayanlar da, nisbətən az bal toplayanlar da olub.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib ki, bir müəllimin imtahan nəticəsi digərindən yüksəkdirsə, bu, ona daha yüksək əməkhaqqı almaq imkanı qazandıracaq: "60 baldan 51-ni toplayan müəllimlərin əməkhaqqısına hər ay 35 faiz əlavə olacaq. Bu prosesi uğurla tamamlamış, lakin balları 30-50 arası olan müəllimlərin isə əməkhaqqısına 10 faiz əlavələr ödəniləcək".