Qaynar xətt:

(+99450) 247 90 86

İranda son bir ayda azı 142 nəfəri asıblar - FOTO

CƏMİYYƏT

180

05.06.2023, 14:11

Ötən ay İran həbsxanalarında azı 142 nəfər dar ağacından asılıb. Oxu24.com xəbər verir ki, bu barədə "Azad İran" " Telegram" kanalı İran İnsan Haqları Təşkilatına istinadla xəbər verib. Ətraflı Bildirilir ki, bu, 2015-ci ildən bəri ən yüksək aylıq edam statistikasıdır. Təşkilatın verdiyi məlumata əsasən, 2023-cü ilin ilk 5 ayında edamların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 76% artıb.