Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
89878
az

Rusiya ipin ucunu itirdi - Ermənistan Kremli aldatdı

16:5226 May, 2023
112
MANŞET
  • A
Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü diqqət mərkəzindədir. Bu barədə Trend-ə Politoloq Əlimusa İbrahimov bildirib. Onun sözlərinə görə, bu görüşdə heç kim Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını düşünmürdü. "Amma, görüşdən müəyyən məsələlərin də olsa razılaşdırılacağı haqqında fikirlər var idi. Xüsusən də Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Moskvada keçirilən Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında keçirilən görüşündən sonra verdiyi bəyanatda müəyyən eyhamlar vurmuşdu ki, Zəngəzur dəhlizinin və delimitasiya, demokrasiya istiqamətində müəyyən razılaşmalar əldə oluna bilər. Regionda xırda texniki məsələlərin müzakirə olunacağı və müəyyən razılaşmaların əldə olunacağı gözlənilirdi. Rəsmi Moskva da müəyyən irəliləyişləri əldə etməkdə israrlı idi. Bildiyimiz kimi Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında keçirilən Vaşinqton görüşündən sonra həm də ki, dövlət başçılarının Brüssel görüşlərindən sonra müəyyən nəticələrin əldə olunması haqqında bəyanatlar verilmişdi. Dünən keçirilən görüşlər gərgin keçdi. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında gedən polemikadan görmək mümkün idi. Görüşdən qabaq da Rusiya prezidenti Vladimir Putin müəyyən irəliləyişlərin olacağının ipuclarını vermişdi. Lakin görüşdən sonra verilən bəyanatlar görüşün heç də müsbət nəticələndiyini təsdiq etmədi. Putin görüşdən bir həftə sonra üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində kommnukasiyanın açılması barədə müəyyən bir görüşün baş tutması barədə məlumat verdi." Politoloq qeyd edib ki, Rusiya əlinda olan mexanizmi, imkanı Moskva görüşü vasitəsilə itirdi. "Çünki bu görüşə Rusiya tərəfindən böyük hazırlıq gedirdi. Düşünülürdü ki, görüşdə ciddi nəticələr əldə olunacaq. Rusiya bununla da sülhyaratma təşəbbüsünü əldən verdi. Bununla da Rusiya meydanı Qərb və ABŞ-a verdi. Rusiya növbəti görüşlərə hazırlaşana qədər, tərəfləri görüşə razı salana qədər düşünürəm ki, digər platformalarda görüşlər keçiriləcək və nəaliyyətlər əldə olunacaq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin digər platformalarda həyata keçməsi daha realdır",- deyə Ə. İbrahimov bildirib. Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü diqqət mərkəzindədir. Bu barədə Trend-ə Politoloq Əlimusa İbrahimov bildirib. Onun sözlərinə görə, bu görüşdə heç kim Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını düşünmürdü. "Amma, görüşdən müəyyən məsələlərin də olsa razılaşdırılacağı haqqında fikirlər var idi. Xüsusən də Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun Moskvada keçirilən Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında keçirilən görüşündən sonra verdiyi bəyanatda müəyyən eyhamlar vurmuşdu ki, Zəngəzur dəhlizinin və delimitasiya, demokrasiya istiqamətində müəyyən razılaşmalar əldə oluna bilər. Regionda xırda texniki məsələlərin müzakirə olunacağı və müəyyən razılaşmaların əldə olunacağı gözlənilirdi. Rəsmi Moskva da müəyyən irəliləyişləri əldə etməkdə israrlı idi. Bildiyimiz kimi Azərbaycan və Ermənistan Xarici işlər nazirləri arasında keçirilən Vaşinqton görüşündən sonra həm də ki, dövlət başçılarının Brüssel görüşlərindən sonra müəyyən nəticələrin əldə olunması haqqında bəyanatlar verilmişdi. Dünən keçirilən görüşlər gərgin keçdi. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında gedən polemikadan görmək mümkün idi. Görüşdən qabaq da Rusiya prezidenti Vladimir Putin müəyyən irəliləyişlərin olacağının ipuclarını vermişdi. Lakin görüşdən sonra verilən bəyanatlar görüşün heç də müsbət nəticələndiyini təsdiq etmədi. Putin görüşdən bir həftə sonra üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində kommnukasiyanın açılması barədə müəyyən bir görüşün baş tutması barədə məlumat verdi." Politoloq qeyd edib ki, Rusiya əlinda olan mexanizmi, imkanı Moskva görüşü vasitəsilə itirdi. "Çünki bu görüşə Rusiya tərəfindən böyük hazırlıq gedirdi. Düşünülürdü ki, görüşdə ciddi nəticələr əldə olunacaq. Rusiya bununla da sülhyaratma təşəbbüsünü əldən verdi. Bununla da Rusiya meydanı Qərb və ABŞ-a verdi. Rusiya növbəti görüşlərə hazırlaşana qədər, tərəfləri görüşə razı salana qədər düşünürəm ki, digər platformalarda görüşlər keçiriləcək və nəaliyyətlər əldə olunacaq. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin digər platformalarda həyata keçməsi daha realdır",- deyə Ə. İbrahimov bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə İsraillə diplomatik əlaqələri dayandırdı
İddialı açıqlama: “250 milyon da versələr, fikrim dəyişən deyil”
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil