Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
88507
az

Günün qoroskopu: Hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin7 May 2023

01:3007 May, 2023
205
MANŞET
  • A

Qoç - uğurlu gündür. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Sizə maraqlı olan insanın dəstəyinə və ya rəğbətinə nail ola bilərsiniz.

Hüquqi məsələlərin həlli, dövlət qurumlarının mənsubları ilə ünsiyyət üçün pis gün deyil.
Yeni işgüzar perspektivlər yaranır.

Səfər və ezamiyyət üçün düşərli gündür. Uzaqdan gəlmiş insanla ünsiyyət, yeni plan və ya birgə fəaliyyət məcrasının nəzərdən keçirilməsi mümkündür.
Hədəfə çatmaq üçün bütün vasitələrdən istifadə edin.

Evdə təmir planlaşdırıbsınızsa, zəruri materialları, boya və s.-ni almağa tələsin. Qarşıdan yay gəlir, qiymətlər qalxacaq.

Buğa - danışıqlar və mühüm məsələlərin müzakirəsi üçün əlverişli vaxtdır. Xoş təsir bağışlamaq istədiyiniz insanla görüşün. İctimai həyatda fəal iştirak edin, xeyriyyə tədbirlərinə qatılın. Nüfuzlu insanların diqqətini cəlb etmək, onlardan dəstək almaq şansı var.
Təcrübə mübadiləsi, başqalarının ideyalarının müzakirəsi, konfrans və seminarda iştirak üçün yararlı gündür. Yeni nə isə öyrənmək imkanını əldən verməyin, dünyagörüşünüzü artırın.

Yeni maraqlar peyda ola bilər.
Axşam saatlarında əylənin. Alış-verişdə bədxərclik etməyin.

Əkizlər -  təmkinli, amma əzmkar və qətiyyətli olun. Yalnız belə davranışla uğura nail ola bilərsiniz. Çətinliklərin qarşısından geri çəkilməyin. Problemlər nə qədər çox olsa da, ruhdan düşməyin. Müşkülləri çözməyin yolu var. Yaxın ətrafınızdakı insanlar sizə yardım edəcək.

Şəxsi münasibətlər müstəvisində təşəbbüslə çıxış etmək olar.
Əks cinsin mənsubları ilə ünsiyyətdə diqqətli olun. Onlardan faydalı məsləhət və ya maraqlı informasiya ala bilərsiniz. Yorğunluğa şərait yaratmayın.

İfrat yorğunluq bu gün xroniki ağrılarınızı kəskinləşdirə bilər.

Xərçəng - yalnız öz maraqlarınızı və mənafelərinizi düşünərək fikrinizi mütləq saysanız, ciddi problemlər yarana bilər.

Yaxın ətrafdakı insanların fikir və niyyətlərini mütləq şəkildə nəzərə alın. Həssas, sayıq və diqqətli olun. Əks təqdirdə münasibətlər pozula bilər.
Təhsil, tədris üçün əlverişli gün deyil. Yeni informasiya pis əxz olunur, alınan məlumatları təhlil etmək çətindir.

İnsanların gur olduqları məkanlara yollanmayın. Dəvət olunduğunuz yerə getsəniz, xarici görünüşünüzə mütləq fikir verin.
Sizi paltara görə qarşılayacaqlar.

Şir - yaşananları diqqətlə müşahidə edərək gərəkli nəticələr çıxarsanız, səhv və yanlış addımlardan qurtula bilərsiniz. İlk baxışdan tamamilə əhəmiyyətsiz təsir bağışlanan nəsnə və olaylara da fikir verin.

İstənilən xırdalıq, detal mühüm rol oynaya bilər. Nüfuzlu insanla ünsiyyət, işlə bağlı planın müzakirəsi üçün yaxşı vaxt deyil. Bu plan, niyyət və ya layihənin sizsiz reallaşma şansı yüksəkdir.

İri işə və ya layihəyə başlamayın. Cari işlərlə kifayətlənin.
Yaxın ətrafdakı insanların davranışlarının dəyərləndirilməsində səhvə yol verə bilərsiniz.

Yeni tanışlıq uğurlu olmayacaq. Sizə əziz insanların sözlərinə diqqətlə qulaq asın. Məsləhətlər sizə istənilən çətinliyi dəf etməyə imkan verəcək.

Qız - həyat eşqi və enerjiniz çoxdur. Məntiqli davranın, enerjinizi yanlış istiqamətə yönəltməyin. Əsəb və gərginlik yüksək səviyyədə olacaq, fəaliyyətnizdə xaotiklik müşahidə ediləcək.

İşlərinizdə hansısa formada ciddi nəticələrə nail olmaq istəyirsinizsə, ağıllı və təcrübəli insanın məsləhətlərinə qulaq asın.
Maliyyə baxımından pis gün deyil. Gəlir əldə edilməsi, köhnə borcun qaytarılması istisna deyil.

Müqavilə, anlaşma, sövdələşmə, daşınmaz əmlak almaq, köç və ya iş yerini dəyişmək üçün əlverişli gündür.
Axşam saatlarında istirahət edin, yorğunluqdan qurtulun, qüvvəninizi bərpa edin.

Tərəzi - məqsədə aparan yolda qarşılaşdığınız çətinliklər və sədlər sizi qorxutmasın. Yaxın vaxtlarda reallaşdırılması mümkün olan parlaq ideyalar yaranır.

İşlərinizin öhdəsindən gəlməklə yanaşı, yaxın ətrafınızdakı insanlara da həvəslə yardım edin. Alış-veriş üçün uğurlu gündür. Özünüzlə yanaşı, yaxınlarınıza da əşyalar ala bilərsiniz. Seçimdə yanılmayın.

Gün sürprizlərlə zəngindir. Onların əksəriyyəti xoşdur. Gözlənilməz olaylar sizi çaşdırmasın.

İstənilən situasiyada dərhal doğru yönü seçin, asanlıq və çevikliklə improvizə edin.

Əqrəb - çox uğurlu və yüngül, rahat gün deyil. Bununla belə, ağır problemlərlə qarşılaşmaq şansı azdır. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyəti yaranır.

Həmin işlərin hamısı diqqət və həssas münasibət tələb edir.
İşlərin öhdəsindən gələcək, amma yorulacaqsınız.
İşgüzar görüşlər və danışıqlar üçün əlverişli gün deyil. Dürüst yol və ton seçmək, qarşı tərəflə ümumi dil tapmaq asan deyil.

Daşınmaz əmlak və istənilən əmlakla bağlı sövdələşmələr, əməliyyatlar məsləhət deyil.
Axşam saatlarında travma təhlükəsi var.

Buna görə də mürəkkəb mexanizmlər və kəskin alətlərlə işləməkdən imtina edin.

Oxatan - sakit və rahat gündür. Maraqlı imkanlar yaranır. Bu imkanları görün, şansı əldən verməyin. Yaşam potensialı artır. Enerjinizə həsəd aparmaq olar.

Bu enerjini quruculuğa, yaşam irerarxiyasında irəliləməyə yönəldin.
Uğurlar əhvalınızı yaxşılaşdıracaq, kefinizi kökəldəcək.

Mövcud problemləri təmkin və soyuqqanlılıqla təhlil edin. Hövsələsizlik etməsəniz, problemlərin həll yollarını tapa bilərsiniz.

Səhhətinizə fikir verin. Xroniki ağrılardan birinin kəskinləşməsi mümkündür.
Yağlı yeməkdən imtina edin, yüngül qidalanın.

Axşam saatlarında dincəlin.

Oğlaq -ünsiyyət və yeni əlaqələr üçün əlverişli gündür. Yaxın ətrafınızdakı insanlarla dil tapmaqla yanaşı, onların yardımı və dəstəyini ala biləcəksiniz.

Birgə layihələrə başlamaq olar. Məhsuldar əməkdaşlıq yeni əlaqənin əsasını qoya bilər.
Qarşınıza yeni məqsədlər qoyun, planlar hazırlayın, prioritetləri müəyyənləşdirin. Bu günün hadisələri ən yaxşı nəticələrə nail olmaq üçün hansı istiqamətə daha çox qüvvə sərf etməyi deyəcək.

Səfərlər uğurlu alına bilər.

Dolça - dəvət olunan yerə yollanmaq üçün yaxşı gündür. Aktiv olun, başlanan işləri başa vurun. Yeni tanışların və əvvəllər sizə rəğbət bəsləməyən insanların xoş münsibəti ilə qarşılaşa bilərsiniz.

Yeni tanışlıqlar, romantik ünsiyyətlər istisna deyil.
Sənədlərlə çalışanda detallara fikir verin. Səhvlər sonradan ağır nəticələr verə bilər.
Günün ikinci yarısı yarımçıq qalmış işin başa vurulması vaxtıdır.

Ev işləri yorğunluq gətirməyəcək.

Balıqlar  - uğurlu və bol şanslar vəd edən gündür. Başladığınız işləri tezliklə bitirə bilərsiniz. Yeni, hətta çox mürəkkəb işlərə başlayın. Uğursuzluq və problemlər ehtimalı azdır.

Mühüm sənədlər imzalamaq, önəmli sövdələşmələrə başlamaq olar.
Yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Mürəkkəb və xoşagəlməz məsələlərin müzakirəsində təmkinli olun ki, kimsəni incitməyəsiniz.

Günün ikinci yarısında xoş xəbər, qəfil təklif istisna deyil.
Səhhətinizə və qida rasionunuza fikir verin. Dürüst qidalanın.

NİGAR

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qeyri-adi Novruz tədbiri - VİDEO
2024-cü ilin ən varlı bürcləri bunlar olacaq - Siyahı
2024-cü ilin 5 şanslı bürcü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ