TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
455
28.03.2023, 16:34
Azərbaycanın 2 idman kanalından biri olan CBC Sport-da 12 nəfər əməkdaş işdən azad edilib.
OXU24.COM sportfm.az-a istinadla bildirir ki, Kanalın Proqramlar Departamentinin 12 işçisi işsiz qalıb. Kanaldan işçilərə səbəb kimi - struktur dəyişikliyini göstəriblər. Onlara əvvəlcədən xəbərdarlıq etmədən bir gündə müqavilələrini ləğv ediblər.
Qeyd etmək yerinə düşər ki, bu departament kanalın ən kreativ departamenti olub.
Departament 2016-cı ildən "CBC Sport" telekanalında 2019 Avropa Liqasının Bakıda keçirilən final oyununa həsr olunan "Birlikdə Bakıda", Azərbaycan millisinin 1996-cı ildə İsveçrə ilə oyundakı qələbəsi haqqında "26-cı dəqiqə", Buzovnanın "Xəzri" komandasından bəhs edən "Xəzridən Xəzriyə", həmçinin "Kubok həyəcanı", "Fotodan üstün... Kənanın ümidləri", "Şahdağ festivalı", "Qırmızı top", "Kubok həyəcanı 2018" və s. kimi sənədli filmlər çəkib, bir çox maraqlı verilişlərə imza atıb. "İmza" verilişi 2017-ci ilin yekunlarına görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülüb. "Foto +" verilişi 2022-ci ilin ən yaxşı idman verilişi kimi "Zəfər" mükafatını qazanıb.
Azərbaycanda uşaq və yeniyetmələr idmanından bəhs edən "Ümidlərimiz" verilişi Azərbaycan Milli Olimpiya Komitəsinin keçirdiyi "İdman filmləri və proqramları milli televiziya festivalı" müsabiqənin mükafatçısı olub.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.