TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
373
05.03.2023, 09:03
Ailə münasibətlərindən danışarkən "biriniz od olanda, o biriniz su olun" fikrindən çox istifadə olunur. Yəni, tərəflər kritik durumlarda bir-birilərinin sözlərini dinləməyi bacarmalıdırlar. Bəzən ərlər, bəzən isə qadınlar münasibətdə "su" olurlar. Bunun həmin şəxsin bürcü ilə də sıx bağlılığı var.
OXU24.COM bizim.media-ya istinadən həyat yoldaşının sözünü dinləyən bürclərin siyahısını təqdim edir:
Buğa
Buğa qadınları güclü və cəsarətli olurlar. Lakin bu özəllikləri sizi yanıltmasın. Onlar həyat yoldaşlarına böyük dəyər verir, sözünü dinləyirlər. Yalnız bir şərtlə ki, ərləri də ən azı onların özü qədər cəsarətli insan olsun. Əgər qarşı cinsin nümayəndəsi cəsarətli insan deyilsə, buğa qadını, ümumiyyətlə, həmin şəxslə münasibət qurmaqdan qaçacaq.
Xərçəng
Sevdiyi zaman qarşısındakı insanı ucaldır, ona tabe olur və çox isti bir sevgi ilə qucaqlayır. Ayrılıq fikri ağlından belə keçməyib. Duyğuları səthi olmadığı üçün ona aid olduğunu düşündüyü hər şey sonsuza qədər onunladır. İşin çətin tərəfi odur ki, həssas təbiətinə görə bir dəfə qəlbini qırsanız, qabıqlarına çəkiləcəklər. Və münasibətə qaldığı yerdən davam etmək heç də asan olmayacaq.
Əqrəb
Əqrəblərdə sirli gözəlliyin dərin cazibəsi var. Hər nə qədər qısqanc və qisascıl olsalar da, sevgi onlar üçün hər şeydən önəmlidir. Əgər birini sevirlərsə, onun sözünü ürəklə dinləyir, mübahisədən qaçırlar. Ancaq əqrəblər bir yanlışa görə hər şeyə nöqtə qoya biləcək insanlardır. Əgər bu bürcün qadınına xəyanət etsəniz, o sizin ən qoruxulu düşməninizə çevrilər. İntiqamlarını almasalar, onlardan canınızı qurtara bilməzsiniz.
Balıq
Balıq qadınları üçün sevgi və romantika ilə birlikdə güvən də başlıca şərtdi. Onun kişiyə güvənirsə, onun qarşısında olmaq əvəzinə yanında olmağı seçir. Nə qədər ki balıq qadınına sevdiyinizi hiss etdirib, güvən dolu həyat yoldaşı olmağa davam etsəniz onlar sizə hörmət edib, sözünüzü dinləyəcəklər. Ancaq siz balıq qadınından soyumağa başlasansız, o bunu sizdən daha sürətlə edəcək və ailədaxili münaqişələr başlayacaq.
00:42 / 05 Oktyabr 2026
3
00:38 / 05 Oktyabr 2026
17
00:36 / 05 Oktyabr 2026
17
00:35 / 05 Oktyabr 2026
25
00:32 / 05 Oktyabr 2026
23
23:16 / 04 Oktyabr 2026
52
22:50 / 04 Oktyabr 2026
56
22:15 / 04 Oktyabr 2026
73
22:02 / 04 Oktyabr 2026
73
21:54 / 04 Oktyabr 2026
314
21:07 / 04 Oktyabr 2026
251
20:53 / 04 Oktyabr 2026
104
20:43 / 04 Oktyabr 2026
84
20:21 / 04 Oktyabr 2026
78
20:06 / 04 Oktyabr 2026
169
19:55 / 04 Oktyabr 2026
89
19:44 / 04 Oktyabr 2026
312
19:23 / 04 Oktyabr 2026
80
19:16 / 04 Oktyabr 2026
151
19:09 / 04 Oktyabr 2026
152
18:44 / 04 Oktyabr 2026
127
18:34 / 04 Oktyabr 2026
87
17:50 / 04 Oktyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.