Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83659
az

Günün qoroskopu: hər şey istədiyiniz kimi getmir2 Mart 2023 

00:1602 Mart, 2023
204
MANŞET
  • A

Qoç - təhsil, habelə bilik və təcrübə əldə etmək üçün yaxşı gündür. Yeni informasiyanı sürətlə əxz edəcəksiniz. Faydalı məlumatların əldə edilməsi ilə bağlı problemlər yaranmayacaq. Qəfil təklif ala bilərsiniz. Həmin təklif sizi yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə sövq edə bilər.

Maliyyə məsələləri baxımından əlverişli zamandır.

Günün ikinci yarısında həddən artıq çalışaraq özünüzü yormayın. Yorğunluq səhhətinizə pis təsir edərək xroniki ağrıları "oyada" bilər.

Səfərdə və ya yolda mənasız riskə getməyin. Macəra və sərgüzəşt aramayın.

Buğa - yeni işlərə başlamaq olar. Bir şərtlə ki, aramla, tələsmədən, düşünülmüş şəkildə hərəkət edərək ehtiyatlı davranasınız. Yaşlı qohumlar və ya təcrübəli dostların məsləhətlərinə ehtiyacınız var. Onların sayəsində ciddi səhvdən qoruna bilərsiniz. Maliyyə məsələləri ilə bağlı qərarlar verməyin.

Günün ikinci yarısında səhhətdə problemin yaranması riski var. Zökəm və ya soyuqdəymə istisna olunmadığından profilaktiki tədbirlərə əl atın. Uzun gəzinti, yorucu fiziki iş məsləhət deyil.

Əkizlər - gün uğurlu alınacaq. Yeni işlərdə irəliləyişlərə nail ola bilərsiniz. Şərtlər əlverişlidir. Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə kiçik anlaşılmazlıqlar yarana bilər. Sərt iradlar və aqressiv tənqidlərə varmayın.

Kiçik maliyə itkiləri ola bilər.

Günün ikinci yarısında fiziki işdə xeyir var. Özünüzü gümrah hiss edəcəksiniz. Çözümü mühüm olan problemin həllini tapacaqsınız. Gəlirlər azdır. Alış-verişdə bədxərclik etməyin.

Xərçəng - günün ilk yarısında önəmli görüş ola bilər. Diqqətli və sayıq daranmasanız, nəticə ürəkaçan olmayacaq. Yeni tanışlarda özünüzlə bağlı xoş rəy yaranır. İndiyədək sizə fikir verməyən insanda bu gün maraq yarada bilərsiniz.

Mebel, interyer əşyaları, məişət texnikası almaq üçün yaxşı gündür.

Günün ikinci yarısında yüngül ağrılar və kiçik travmalar ola bilər. Özünüzü qoruyun. Uzaq səfər, uzunmüddətli səyahət planlaşdırmayın. Belə macəra sizə neqativ emosiyalar verəcək.

Axşam saatlarında gəlir və ya qiymətli hədiyyə istisna deyil.

Şir - risk etmək olar. Uğursuzluq ehtimalı azdır. Ünsiyyət çevrəsi genişlənəcək, sizə faydalı ola biləcək adamlarla qarşılaşacaq və ya tanış olacaqsınız. Yeni romantik münasibət yaranarsa, harmonik olacaq, sizi sevindirəcək.

Ailə üzvlərinin qayğısına qalın.

Maliyyə durumu o qədər də yaxşı deyil. Pullar azdır və onları əldə etməyin yollarını bilmirsiniz. İzafi xərclərə yol verməyin. Nəzərdə tutduğunuz alış-verişi ertələyin.

Qız - gün kiçik çətinliklər və anlaşılmazlıqlardan xali olmasa da, ümumən pis deyil. Etibarlı dostlar və yaxınlarınız yardımlarını əsirgəməyəcəklər. Xelyi pozitiv emosiya alacaqsınız.

Başladığınız işi əsla yarımçıq qoymayın.

Sevdiyiniz insanla münasibətlərdə həssas olun. Münaqişəyə rəvac verməyin.
Ətraflı

Səhhətinizin qeydinə qalın.

İmiclə eksperimentlər etmək olar.

Tərəzi - aktiv və enerjili olun, rəqiblərin sizi üstələməsinə imkan verməyin. Tənhalıqda çox qalmayın. Mənfi emosiyaların təsirinə düşərək bədbinliyə qapıla bilərsiniz. Faydalı məlumat alacaqsınız. Köhnə dostlar yaxşı məsləhət verəcəklər. Səfər və ya səyahət üçün pis gün deyil.

Az da olsa, gəlir əldə edəcəklər. Pullar gəldikləri kimi, gedəcəklər. Ruhdan düşməyin. Kulinar eksperimentlərdən imtina edin. Allergiya riski var.

Əqrəb - yeni işlərə başlamaq üçün uğurlu gündür. Eksperimentlər etmək, riskə getmək, ənənələri pozmaq olar. İntuisiyanızın dediyi kimi hərəkət edin. Sizi yaxınlarınız və qohumlarınız dəstəkləyəcəklər. Etibar etdiyiniz insanlardan birinin sürpriz davranışını görəcəksiniz.

Səhhətinizə fikir verin. Yüngül ağrılar, yuxusuzluq təhlükəsi var.

Aktiv istirahət edin. Açıq havada çalışın.

Axşam saatlarında normal istirahət edin.

Oxatan - mühüm və önəmli qərarlar qəbul etməyə tələsməyin. Çox yəqin ki, məlumat və ya informasiyanın gərəkli miqdarına, həcminə malik deyilsiniz. Səhv riski böyükdür. Yaşlı qohumlarınızla münasibətlərin formatına diqqət verin. Bu gün münaqişə yaranarsa, onu çözmək asan olmayacaq.

Yeni ideyalar yaranır. Onlardan birini həyata keçirməklə razılıq hissinə qovuşa bilərsiniz. Yardımçılar, müttəfiqlər, ideyanızın reallaşdırılmasına pul yatırmağa hazır insan tapacaqsınız. Səhhətinizin qeydinə qalın. Stomatoloqa baş çəkməyi unutmayın.

Oğlaq - gün ərzində yaranan kiçik problemlər əhvalınızı poza bilər. Ən kiçik müşkülləri, maneləri ürəyinizə salmayın. Sinirlənməyin, qıcıqlı davranmayın. Yaxınlarınız əhvalınızı yaxşılaşdırmağa çalışsalar da, niyyətlərinə çatmırlar. Onların səyləri sizdə stress yaratmasın.

Kiçik maliyyə problemləri yarana bilər.

Diqqət, səliqə, təfərrüatlara və detallara ciddi yanaşma tələb edən işlər üçün pis gün deyil. Axşam saatlarını sakit keçirin. Maraqlı kitab oxuyun, ya da filmə baxın.

Ruhi müvazinəti bərpa edin.

Dolça - ən cazibədar təkliflərə belə, dərhal müsbət cavab verməyə tələsməyin. Bir qədər gözləsəniz, qarşınızda çox yaxşı imkanlar açılacaq, perspektivlər yaranacaq. Son zamanlar darıxdığınız insanla görüş istisna deyil.

Günün ikinci yarısında qohumlarla ünsiyyətdə çətinliklər və problemlər yaratmayın. Səy göstərin, münasibətləri qoruyun.

Axşam saatlarına yaxın səhhətinizdə kiçik problemlər yarana bilər. İşləri azaldın, sağlamlığınızın qeydinə qalın. Gəzintiyə çıxın. Geyimi və ayaqqabıları elə seçin ki, özünüzü rahat hiss edəsiniz.

Balıqlar - hər şey istədiyiniz kimi getmir. Heç olmasa, zahirən soyuqqanlı, təmkinli olun. Bu, asan olmasa da, çalışın. Şəxsi münasibətlər zəminində ixtilaflar, yaxınlarınızla münaqişələr yaratmayın. Ailə ənənələrini pozaraq yaxın qohumlarınızı pərişan etməyin.

Alış-veriş uğursuz olacaq. Pulları mənasız işlərə xərcləməyin. Bu gün etdiyiniz bədxərcliyə görə sonradan özünüzü qınayacaqsınız. Kompüter arxasında həddən artıq vaxt keçirməyin, televizor qarşısında oturub qalmayın. Əks təqdirdə güclü başağrısına tuş ola bilərsiniz.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qeyri-adi Novruz tədbiri - VİDEO
2024-cü ilin ən varlı bürcləri bunlar olacaq - Siyahı
2024-cü ilin 5 şanslı bürcü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video