Qaynar xətt:

(+99450) 247 90 86

Alla Puqaçova tanınmaz halda: Yeriyə bilmir, beli əyilib - VİDEO

Alla Puqaçova tanınmaz halda: Yeriyə bilmir, beli əyilib - VİDEO

CƏMİYYƏT

331

24.02.2023, 20:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müğənni Alla Puqaçova və əri Maksim Qalkin Tel-Əvivdə Laima Vaykulenin konsertində yenidən bir araya gəliblər.

OXU24.COM  xəbər verir ki, Puqaçovanın İnstaqramdakı çoxsaylı fan hesablarında sənətçilərin konsert zalında çəkilən videoları paylaşılıb.

Kadrlarda tamaşaçıların alqışları altında cütlüyün ön cərgədəki yerlərinə necə getdikləri əks olunub. Tamaşaçılar Divanı davamlı alqışlasalar da, onun 10 santimetrlik dikdaban ayaqqabıda çətinliklə hərəkət etdiyini görüblər. Vaykulaya gül buketi verəndə əri hətta ulduza kömək etməli olub.

Onun səhhətindəki problemlər barədə musiqi tənqidçisi Sergey Sosedov məlumat verib. Onun sözlərinə görə, müğənni çətinliklə yeriyir və çox dəyişib. Hətta küçədə pərəstişkarları onu tanımayıblar.

"O, qozbeldir, yolda yeriyərkən beli əyilmiş şəkildə gəzir və ancaq yerə baxır" deyə Sosedov bildirib.

Qeyd edək ki, 2022-ci ilin sentyabrında Puqaçovanın uşaqları ilə İsrailə, geri dönüş bileti olmadan getdiyi məlum olub.

Ailə Maksim Qalkinin Keyssariyadakı evində yaşayır