Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı yıxılıb öldü

Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı yıxılıb öldü

CƏMİYYƏT

260

20.12.2022, 19:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda fəhlə işləyən Türkiyə vətəndaşı yıxılıb ölüb.
 
Yasamal rayon prokurorluğundan verilən məlumata görə, dekabrın 20-i saat 15 radələrində Yasamal rayonu, H.B.Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında fəhlə işləyən Türkiyə Respublikasının vətəndaşı Yusuf Yıldızın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 
İlkin araşdırmalarla müəyyən edilib ki, Yusuf Yıldız binanın 2-ci mərtəbəsində aparılan təmir-tikinti işləri zamanı yıxılıb və nəticədə almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
 
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.