Qaynar xətt:

(+99450) 247 90 86

Sabiq nazir müavini SAXLANILDI - FOTO

Sabiq nazir müavini SAXLANILDI - FOTO

CƏMİYYƏT

286

09.11.2022, 14:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları respublikanın sənaye və infrastrukturun inkişafı nazirinin keçmiş müavini Timur Toktabayevi saxlayıb.

OXU24.COM  TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, o, faydalı qazıntı yataqlarının sahibkarlara verilməsi işində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.

“Noyabrın 7-də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən sabiq sənaye və infrastrukturun inkişafı nazirinin müavini Timur Toktabayev saxlanılıb. İstintaq məhkəmənin sanksiyası ilə Toktabayevin, onun yaxın qohumlarının bahalı daşınar və daşınmaz əmlakını müəyyən edib”, – məlumatda deyilir.

Müəyyən edilib ki, nazirliyin vəzifəli şəxsləri ehtiyatları müəyyən edilmiş faydalı qazıntı yataqlarını hərrac keçirmədən qanunsuz olaraq başqalarına veriblər.