Qaynar xətt:

(+99450) 247 90 86

Meymunçiçəyinə görə xəstəxanaya yerləşdirilən turist üç gün sonra ÖLDÜ

Meymunçiçəyinə görə xəstəxanaya yerləşdirilən turist üç gün sonra ÖLDÜ

CƏMİYYƏT

290

24.08.2022, 01:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kubada meymunçiçəyi diaqnozu ilə xəstəxanaya yerləşdirilən italyan turist üç gün sonra çoxsaylı orqan zədələnməsindən dünyasını dəyişib.

OXU24.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adanın Səhiyyə Nazirliyi bildirib.

“Bu pasiyentdə xəstəlik ağır formada sürətlə irəlilədi”, - deyə o bildirib.

Həkimlərin fikrincə, ölümün səbəbləri sepsis və çoxsaylı orqan zədələnməsi olub.

Bundan əvvəl xəbər vermişdik ki, Kubada meymunçiçəyi virusuna ilk yoluxma halı qeydə alınıb.