Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
6320
az

Bürclər - 22 oktyabr 2018

23:5521 Oktyabr, 2018
1020
MANŞET
  • A
Qoç - emosional davranış yalnız zərər verə bilər. Üstünlüklərinizi hisslərə qurban verməyin. İdeyalarınızı təxirə salmadan reallaşdırın.
Buğa - rəğbət bəslədiyiniz, dəyər verdiyiniz insanlarla ünsiyyətdə sərinliyə yol verməyin. Onları diqqətlə dinləyin, nə istədiklərini anlamağa çalışın. Rəqiblər və ya düşmənlərlə münasibətlərdə təmkinli, ağıllı olun.
Əkizlər - şəxsi münasibətlərdə təşəbbüskar olun. Özünüzə əmin olmasanız, rəqiblər astagəllik və tərəddünüzdən mütləq yararlanacaqlar. Axşam saatlarını dostlarla keçirin. İstirahət edin, əylənin. Kulinar eksperimentlər uğurlu olacaq.
Xərçəng - çətin vəziyyətə düşmüş insana yardım edin. Qayğıkeş, həssas olun. Rəğbət bəslədiyiniz insanla laqeyd davranmayın.
Şir - öz işlərinizi yarımçıq qoyaraq başqalarının problemlərinin həllinə çox vaxt ayırmayın. Yaxın ətrafınızdakı insanlar sizdən sürəkli yardım istəsələr də, məntiqli davranmağı unutmayın. Bir qədər eqoizm maneələr yaratmaz.
Qız - idmanla məşğul olmaq fikri sizi bədbinləşdirə bilər. Amma irəliləyin, süstlüyə qalib gəlin. Axşam saatlarında gəzinti, açıq havada vaxt keçirmək səhhətiniz üçün xeyirlidir.
Tərəzi - nə qədər paradoksal olsa da, praktiki psixologiya ilə bağlı məlumatların əldə edilməsi üçün əlverişli zamandır. Günün ikinci yarısında fiziki işin xeyri var. Saatlar keçdikcə əhvalınız pisləşə bilər.
Əqrəb - məcaralara çox aludə olmayın. Aktiv olun. Çoxdan bəri planlaşdırdığınız işi həyata keçirmək üçün enerjili çalışın. Mühüm məsələlərin həllini ertələməyin.
Oxatan - maliyyə duyumu sizi aldatmasın. Pullarınızın qədrini bilin. Axşam saatlarında yeni informasiyalar və biliklər əldə edə bilərsiniz.
Oğlaq - emosiyalara uymayın, düşünülməmiş addımlar atmayın. Bir qədər mühafizəkar olun. Eksperimentlər edəndə və ya riskli işə başlayanda təmkinli davranın. Qohumlarla görüş xoş təəssüratlar bəxş edəcək. Ailəvi tədbirlərin təşkilatına yaradıcı yanaşın.
Dolça - alış-veriş etmək olar. Ailə məsələləri və şəxsi münasibətlərdəki problemi həll etmək üçün axşam saatları münasibdir. Hisslərinizi araşdırın. Yaxın gələcəklə bağlı planlarınzı və məqsədlərinizi dəqiqləşdirin.
Balıqlar - bilik və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməyin. Fərdiyyətçi olun, təkbaşına işləməyə çalışın. İmiclə eksperimentlər üçün əlverişli gündür. Yaşamınızda köklü dəyişikliklər ola bilər. Yeniliklərdə fayda var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda qeyri-adi Novruz tədbiri - VİDEO
2024-cü ilin ən varlı bürcləri bunlar olacaq - Siyahı
2024-cü ilin 5 şanslı bürcü

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı