Qaynar xətt:

(+99450) 247 90 86

AZAL təyyarəsi məcburi eniş etdi

CƏMİYYƏT

1275

08.04.2018, 22:49

\"\" Bakı – Naxçıvan marşrutu ilə uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” MMC-yə məxsus Airbus A320 təyyarəsi havaya qalxarkən quşla toqquşub.
“Oxu24.com” xəbər verir ki, bu barədə Trend-ə şirkətin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. “Bununla əlaqədər olaraq hava gəmisinin komandiri hava limanına qayıtmaq barədə qərar verib. Eniş uğurla həyata keçib”,-deyə o bildirib. Onun sözlərinə görə, hal-hazırda texniki işçilər təyyarəyə baxış keçirir. Sərnişinlər isə Naxçıvana digər təyyarəylə uçacaq.