Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
234
az

Dəm qazı daha bir can aldı

10:0204 Aprel, 2018
1156
  • A
 Lənkəran sakini dəm qazından zəhərlənərək dünyasını dəyişib.

“Oxu24.com”un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Göyşəban kəndində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü İlkin Bayramov həmin kənddə müvəqqəti yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.
 
Məlumata görə, İ.Bayramov işdən gəldikdən sonra qonşusu ilə söhbətləşib. Daha sonra onlara evə gedib çimib gələcəyini bildirib. Mərhumdan bir müddət xəbər tuta bilməyən qonşuları, pəncərəni sındırmaq yolu ilə evə daxil olduqda hamamda İ. Bayramovun cansız bədənini aşkarlayıblar.
 
Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Mərhumun meyiti müayinə üçün təcili yardım maşını ilə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
 
Qonşuların bildirdiyinə görə, hamamda tüstü bacası olmayan və qazla işləyən suqızdırıcıdan istifadə olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gürcü diplomatlar Avropaya vizasız gedə bilməyəcək
Azərbaycanda güclü YANĞIN: xəsarət alan var
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ -FOTO

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu