Qaynar xətt:

(+99450) 247 90 86

Pirşağıda sanatoriya yanır

CƏMİYYƏT

1354

03.04.2018, 15:53

\"\" Bakıda sanatoriya binasında yanğın başlayıb.
“Oxu24.com” Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı \"Gilavar\" sanatoriyasında baş verib. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür. Baş vermiş yanğınla bağlı 5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, şöbəyə gətirilənlərdən 2 nəfəri azyaşlıdır: \"Uşaqların vəziyyəti yaxşıdır, zəhərlənmə yoxdu, sadəcə, hadisədən qorxublar. Digər 3 nəfərin də səhhətində ciddi bir təhlükə yoxdur. Xəstələrə hazırda tibbi yardım göstərilir. Hələlik bizdə 5 nəfərdir. Ola bilər ki, yenə gətirsinlər\".