Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda avtobus 10-dan çox maşını əzdi - Foto

CƏMİYYƏT

129

05.08.2024, 09:50

Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com  xəbər verir ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.

 sözügedən avtobus 165 nömrəli marşrut üzrə hərəkət edirmiş.