Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99365
az

Hakimi vuran sabiq klub prezidenti 10 il azadlıqdan məhrum edilə bilər

11:2113 Dekabr, 2023
381
KRİMİNAL
  • A
Türkiyənin "Ankaragücü" klubunun sabiq prezidenti Faruk Koca 10 il müddətinə azadlıqdan məhrum edilə bilər. Oxu24.com yerli mətbuata istinadən xəbər verir ki, buna funksionerin baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub. Referinin yanaq sümüyü sındığı üçün Faruk Koca "qəsdən yaralama"da ittiham olunacaq. Qanun bu cinayətə görə 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutur. Lakin həmin hərəkət vəzifə başında olduğu vaxt törədildiyindən və hakimin üzündə sınıqların əmələ gəlməsindən dolayı cəzalar iki dəfə artırılacaq. Bundan əlavə, "idmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında" qanuna əsasən, idman arenalarında qəsdən xəsarət yetirilməsinə görə də cəza nəzərdə tutulur. Beləliklə, sabiq klub prezidenti 3 il 4 ay 15 gündən 10 il 3 ayadək həbs cəzası ala bilər. Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gecə saatlarında dəhşətli xəbər gəldi: Ölən və həbs edilən var
Kəlbəcərdə usta 4-cü mərtəbədən yıxıldı
Bakıda “Prado” ilə avtoşluq edən şəxs həbs olundu