Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97975
az

Azərbaycanda 17 yaşlı qızı dayısının evinə qaçırdı - 3 ay çay qırağında gizləndi - Təfərrüat

19:3515 Noyabr, 2023
277
KRİMİNAL
  • A

Bu ilin aprelində Cəlilabad şəhərində 17 yaşlı qızı qaçıran şəxslərin məhkəməsi başa çatıb.

OXU24.COM  xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Cəlilabad şəhər sakini, 1993-cü il təvəllüdlü A.S. və dayısı oğlu, 1994-cü il təvəllüdlü H.M. Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlama) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, A.S. dayısı oğlu ilə əvvəlcədən plan qurub. Onlar H.M.in atasına məxsus "Vaz" markalı avtomobillə  A.S.in qonşuluğunda yaşayan 17 yaşlı qızı izləyiblər. Qız dərsdən çıxıb yaşadığı evə gedərkən qəfil yaxınlaşaraq onu zorla avtomobilə əyləşdiriblər.

Bundan sonra A.S. evlənmək məqsədilə qaçırdığı qızı dayısının evinə aparıb. Bir qədər sonra oraya polislər gəlib və qızı ailəsinə qaytarıblar. A.S. isə 3 gün müddətində çayın kənarında gizlənsə də, sonradan polisə təslim olub.

Məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edən qaçırılan qız A.S.dən şikayətçi olduğunu deyib. O, A.S.in dayısı oğlunu əvvəldən tanımadığını deyib və ona qarşı şikayətinin olmadığını bildirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.S.ə 10 il 6 ay, H.M.ə isə 10 il həbs cəzası verilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı