Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97239
az

Məhkəmə ərini bıçaqlayan qadını həbs etmədi

18:0331 Oktyabr, 2023
229
KRİMİNAL
  • A

Tərtər rayonunda həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan 32 yaşlı Sona Quliyevanın (şərti) məhkəməsi başa çatıb. 

OXU24.COM  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Quliyeva Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib. 

Bildirilib ki, bu ilin martında Tərtərin kəndlərindən birində yaşayan qadın həyat yoldaşının telefonda başqa qadınla yazışmasını görüb. Bundan əsəbiləşən S.Quliyeva əri Ə.Quliyevə (şərti) etiraz edib. Nəticədə tərəflər arasında münaqişə baş verib. Bu zaman 32 yaşlı qadın bıçaq götürərək ərinə zərbə endirib. 

Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib və onun həyatı xilas edilib. 

Məhkəmənin 27 oktyabr tarixli hökmü ilə S.Quliyevaya 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Bir sıra yüngülləşdirici hallar nəzərə alınaraq cəza 3 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Seçkilərin Monitorinqi Mərkəzinin sədri saxlanıldı