Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
97123
az

Azərbaycanda tanınmışların adından yeni DƏLƏDUZLAR ŞƏBƏKƏSİ - VİDEO

11:1929 Oktyabr, 2023
249
KRİMİNAL
  • A

Əvvəlcə sosial şəbəkə istifadəçilərinə minimum risklə yüksək gəlir vəd edilir. Sonra isə qarşı tərəfin inamını qazanmaq üçün başqa insanların şəxsiyyət vəsiqəsini özününkü kimi ona göndərirlər. Müraciətçinin etibarını qazanıb pulunu aldıqdan sonra da onu "qara siyahı"ya atırlar. Beləcə hər gün xeyli insanı fərqli ad, fərqli  təkliflə aldadırlar.

Hətta dələduzluq səviyyəsi o həddə çatıb ki, bəzən məşhur şəxslərin məlumatlarından da istifadə edirlər.

OXU24.COM  xəbər verir ki, sosial şəbəkələrdəki bu cür dələduzluqla üzləşdiyini  iddia  edənlərdən biri də "Xəzər Xəbər"ə müraciət edən Səidə Hacıyevadır.

O aldadıldıqdan sonra oxşar əməli həyata keçirən başqa bir səhifəyə yazıb və bu dəfə ona tanınmış bir şəxsin şəxsiyyət vəsiqəsini göndəriblər. Səidə Hacıyəva onu tanıdğını bildirdikdə isə "qara siyahı"ya atılıb.

Hüquqşünas Şamil Paşayev bildirir ki, vətəndaşlar bu kimi onlayn işlərdən, gəlir vəd edən insanlardan və səhifələrdən birmanalı şəkildə uzaq durmalıdırlar. Qarşı tərəfin şəxsiyyət vəsiqəsi və ya hər hansı bir məlumat təqdim etməsi onları fırıldaqçılıqdan sığortalamır.

Hüquqşünas bildirib ki, cinayət məcəlləsinə əsasən 500 manatdan artıq məbləğin mənimsənilməsi dələduzluq hesab olunur. Aldadılan şəxslərın sayının çoxluğu məbləğin az olması halında da  dələduzluq cinayətidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Oğurladıqları kartla alış-veriş etdilər