Dostunun kartından özünə 2020 manat köçürüb qaçdı - Bu cəza verildi
27 Sentyabr 2026, 14:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
467
24.09.2023, 12:07
2022-ci il sentyabrın 29-da Buzovna qəsəbəsi, R.Axundov küçəsində 1972-ci il təvəllüdlü Valeh Qədəşovun üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdən 30-40 metr aralıda aşkar edilib.

Milli.Az bildirir ki, lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, sentyabrın 29-u gecə saat 1 radələrində Şahin Qədəşov Buzovna qəsəbəsində, yaşadığı evin yaxınlığında aralarında yaranmış mübahisə zamanı əmisi Valeh Qədəşova bıçaqla bir dəfə zərbə endirərək, zərərçəkmişi qəsdən həyatdan məhrum edib.
İş üzrə dindirilmiş Şahin Qədəşov bildirib ki, ailəsi ilə Buzovna qəsəbəsində, , R.Axundov küçəsi, ev 175-də yaşayır. Himayəsində 4 övladı var:
"2016-cı ildə atam xəstəliyi ilə əlaqədar vəfat etdi. Valeh spirtli içki aludəçisi idi. Demək olar ki, tüfeyli həyat tərzi keçirirdi. Son vaxtlar əmim sərxoş vəziyyətdə yaşadığım evə gələrək mənim və mərhum atamın ünvanına söyüş söyürdü. Heç vaxt Valehin təhqirlərinə cavab qaytarmırdım və bir böyük kimi həmişə onu yola verməyə çalışırdım. Atam sağ olanda əmim belə hərəkətlər etmirdi. Sentyabrın 28-i gecə saat 23 radələrində Valeh sərxoş halda bizə gəldi. Həmin vaxt arvadım və uşaqlarım yatmışdı. Məni söyən və ölümlə hədələyən əmimə "Narkoloji Mərkəzdən təzə çıxmısan, yenə spirtli içki içirsən, belə hərəkətlər etmə, kənddə hamı səndən danışır" dedim. Valehi yola salsam da, ayın 29-na keçən gecə o qayıdıb, yenə nalayiq ifadələr işlətməyə başladı. Səbrli olub əmimi sakitləşdirməyə çalışsam da, o, atamın qəbrini söydü. Artıq buna dözə bilmədim. Onu küçədə, yarı yolda qoyub evə qayıtdım. Mətbəx bıçağını götürüb cibimə qoydum. Çatıb bıçaqla Valehin qarnına bir dəfə zərbə vurdum və evimə tərəf getdim. Bıçağı hara tulladığımı unutmuşam. Əmim Salehə zəng edib Valehi bıçaqladığımı dedim. "Onu öldürmüsən?" soruşan əmimə, "yox, öldürməmişəm, qarınından vurmuşam" dedim. Evdə olanda zəng edən Saleh Valehin öldüyünü bildirdi. Bir neçə saatdan sonra evdə polis əməkdaşları tərəfindən saxlanıldım. Törətdiyim cinayəti etiraf edərək, əmimi öldürmək məqsədim olmadığını qeyd etdi".

Şahin Qədəşov
Zərərçəkmiş şəxsin hüquqi varisi Rəsmiyyə Quliyeva ifadədəsində göstərib ki, Şahin Qədəşov qardaşı Bahadurun oğlu, qətlə yetirilən Valeh Qədəşov isə qardaşıdır:
"Son vaxtlar Valeh həddindən artıq spirtli içki qəbul etməyə başlamışdı. Valeh içkili olmayanda sakit və mehriban insan olurdu. 2022-ci il sentyabrın 29-da qardaşım Saleh mənə zəng vuraraq Şahinin Valehi bıçaqlayıb öldürdüyünü bildirdi. Xəbəri eşidən kimi, hadisə baş verən yerə gəldim. Saleh mənə dedi ki, Valeh valideynlərini söydüyü üçün Şahin özünü saxlaya bilməyib və onu qarnından bıçaqlayıb. Hadisədən sonra Şahin evdə oturub polislərin gəlməsini gözləyib".

Valeh Qədəşov
Şahid Saleh Qədəşov ifadəsində göstərib ki, qardaşı Valeh axırıncı dəfə 2021-ci ildə oğurluğa görə məhkum olunub:
"2022-ci il sentyabrın 29-na keçən gecə qardaşım oğlu Şahin zəng edərək Valehi yaşadığı evin yaxınlığında bıçaqladığını dedi. Bundan sonra hadisə yerinə gedərək, Təcili Tibbi Yardıma və polisə məlumat verdim".
Məhkəmə iclasında Şahin Qədəşov ittiham üzrə özünü qismən təqsirli bilib. İstintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, həmin gecə Valeh Qədəşov ünvanına söyüş söyəndən sonra, şalvarının belindən bıçaq çıxardıb. O da, cəld kəsici aləti əlindən alaraq, ona zərbə endirib.

Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, 4 uşağına görə təqsirləndirilən şəxsi bağışlayır. Ondan şikayəti yoxdur.
Məhkəmə qənaətə gəlib ki, Şahin Qədəşovun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Şahin Qədəşov 10 il müddətinə azadlıqdan məhrum olunub.

09:59 / 28 Sentyabr 2026
1
09:55 / 28 Sentyabr 2026
20
09:50 / 28 Sentyabr 2026
44
09:40 / 28 Sentyabr 2026
40
09:27 / 28 Sentyabr 2026
142
09:24 / 28 Sentyabr 2026
52
09:20 / 28 Sentyabr 2026
45
09:14 / 28 Sentyabr 2026
45
09:08 / 28 Sentyabr 2026
100
08:31 / 28 Sentyabr 2026
65
08:17 / 28 Sentyabr 2026
353
06:09 / 28 Sentyabr 2026
160
05:49 / 28 Sentyabr 2026
157
05:25 / 28 Sentyabr 2026
172
00:12 / 28 Sentyabr 2026
161
00:09 / 28 Sentyabr 2026
182
23:44 / 27 Sentyabr 2026
5927
23:31 / 27 Sentyabr 2026
113
23:24 / 27 Sentyabr 2026
121
23:06 / 27 Sentyabr 2026
101
23:02 / 27 Sentyabr 2026
483
22:58 / 27 Sentyabr 2026
93
22:55 / 27 Sentyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.