Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
94513
az

Əri işdə olan qadın evə başqa kişi çağırdı, yalvardı, üstü açılanda... - Bərdədəki qətlin təfərrütatı

18:1030 Avqust, 2023
626
KRİMİNAL
  • A

Bərdə rayonunda 1988-ci il təvəllüdlü Mübariz qısqanclıq zəminində həyat yoldaşı, 1997-ci il təvəllüdlü Təhminəni (adlar şərti verilib - red.) qətlə yetirib.

OXU24.COM  xəbər verir ki, Mübariz 2015-ci ildən rəsmi nikahda olduğu arvadı Təhminənin mobil telefonda aparılan yazışmalara və fotoşəkillərə baxdıqdan sonra əvvəllər tanımadığı şəxslərlə onun sevgi münasibətində olması və ona xəyanət etməsindən şübhələnib.

Bu səbəbdən arvadını öldürmək qərarına gəlib. Sentyabrın 6-da anasının istifadəsində olan mobil nömrə ilə arvadının müvəqqəti istifadə etdiyi nömrəyə zəng edib. Aralarındakı münasibətləri aydınlaşdırmaq üçün söhbət etmək bəhanəsi ilə onu qardaşı ilə birlikdə Bərdə şəhərindəki Heydər Əliyev adına istirahət parkına gəlməsinə nail olub.

Mübariz saat 15.15-də həmin parkın ərazisində arvadı ilə guya gələcək münasibətləri barədə təklikdə söhbət edəcəyini qaynına deyib və ondan 20-25 metr aralanıb.

Bu zaman Mübariz arvadının ona xəyanət etməsi və Bərdə rayonunun kəndində yerləşən yaşadıqları evdə başqa kişi ilə cinsi münasibətdə olması barədə təxminən 3-4 dəqiqə araşdırma yönümlü söhbət aparıb.

Daha sonra arvadının əvvəllər tanımadığı Tərtər rayon sakini Tahirlə qeyri-rəsmi münasibətdə olmasını özündə qətiləşdirdikdən sonra arvadının ona xəyanət etməsinə əmin olub. O, arvadına ümumilikdə 29 ədəd bıçaq xəsarəti yetirib. Qadın aldığı xəsarətlərdən vəfat edib.

İstintaq orqanı tərəfindən Mübarizin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Heç bir problem olmayıb"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mübariz ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Təhminə ilə 6 il əvvəl evlənib, evlilikdən bir qız, bir oğlan olmaqla 2 övladı doğulub.

Qeyd edib ki, Təhminəni Bakı şəhərində usta fəaliyyəti ilə məşğul olarkən Balaxanı qəsəbəsinə əmisi evinə qonaq gələrkən görüb, bəyənib və bir-birini seviblər: "Təhminə başqasına nişanlı olmasına baxmayaraq, mənimlə evlənməyə qərar verdi və birlikdə qaçdıq. Son 5 ili Bərdə rayonunun kəndində atamın evində birlikdə yaşamışıq. Kənddə həyətyanı torpaq sahəsində iki evimiz olub. Qardaşım Vasif ailəsi və anam ilə birlikdə bir evdə, mən osə eyni həyətdə, özümə məxsus digər evdə ailəmlə yaşamışam. Təhminə ilə son dövrlərə qədər aramızda heç bir problem olmayıb".

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən 10 ay əvvəl işləmək üçün ailəsi ilə birlikdə Balaxanıya, sonra isə Sumqayıt şəhərinə gedib:

"Bir müddət orada yaşadıqdan sonra yenidən Bərdə rayonuna qayıtdıq. Daha sonra tək işləmək üçün Naxçıvan vasitəsilə Türkiyə Respublikasına getməyə qərarına gəldim. Lakin həmin ölkədə əvvəl tətbiq edilən cəriməni ödəmədiyim üçün sərhədi keçməyimə icazə verilmədi. Türkiyənin konsulluğuna müraciət etmək üçün Naxçıvandan Bakı şəhərinə gədlim".

"Arvadımı döydüyünü dedi"

Mübarizin sözlərinə görə, 29 avqust 2021-ci ildə Bakı şəhərində olarkən arvadı Təhminə ona varsapda yazaraq tanımadığı bir kişinin evə daxil olub, onu döydüyünü, sonra getdikdən sonra eyni həyətdə yaşayan anası və qardaşına məlumat verdiyini bildirib:

"Az sonra qayınanam Sevda zəng etdi, yaşadığım evə bir nəfər kişinin girərək arvadımı döydüyünü dedi. Növbəti gün səhər kəndə gəldim. Təhminənin bədənində və üz nahiyəsində şişkinlik, göyərtilər vardı. Təhminənin məni aldatdığını hiss etdim. Ona məni aldatmamağı, hər şeyi baş verdiyi şəkildə düzgün danışmağı xahiş elədim. Bundan sonra Təhminə atası evinə getməyi qərara aldı. Onun istifadə etdiyi "Redmi" markalı mobil telefonu əlindən aldım. Təhminənin döyülməsi barədə Bərdə rayon polis şöbəsinə şikayət etdik".

Mübarizin ifadəsinə görə, Təhminə sentyabrın 6-a kimi atası evində qalıb, həmin müddətdə arvadının kimlərlə münasibətdə olması, evinə kimin gəlib-getdiyini araşdırmağa başlayıb: "Tahir adlı Tərtər sakininin teıefonla Təhminə ilə danışdığını öyrəndim. Həmçinin Təhminənin "İnstagram" sosial şəbəkəsində digər şəxslərlə də danışdığını aşkarladım".

"Sayını bilmədiyim zərbələr vurdum"

Təqsirləndirilən şəxsin sözlərinə görə, sentyabrın 6-da arvadına anasının mobil telefonu ilə zəng edib: "Bərdə rayon polis şöbəsinə verdiyi şikayət ərizəsilə maraqlanmaq adı ilə Təhminəni öldürmək məqsədilə şöbəyə getməli olduğunu desəm də, o, gələkdən imtina etdi. Bundan sonra Təhminənin qardaşı Əliyə zəng etdim. Ona Təhminə barədə görüşüb söhbət etmək istədiyimi bildirdim.

Əli ilə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən "Kolanı" adlanan kafenin yaxınlığında görüşdük. Əliyə bacısının əməlləri, Təhminənin düzgün yolda olmadığını danışdım. O isə Təhminənin qələt etdiyini, bir daha bacısının bu cür səhv etməyəcəyinə söz verdi.

Əli görüşə Təhminəni də özü ilə gətirdi. Onlar qohumlarının avtomobili ilə gəlmişdilər. Əli Tahir adlı şəxsi birgə döyməyi təklif etsə də, ona Bakıya gedəcəyimi, Tahiri tapmağa səbrim çatmadığını, sadəcə Təhminə ilə son dəfə danışaraq özünün bu söz-söhbət barədə nə düşündüyünü bilmək istədiyimi dedim.

Əli razılaşsa da, Təhminə əvvəlcə mənə yaxınlaşmağa qorxdu. Əli isə Təhminəyə "qorxma, sənə heç kim heç nə edə bilməz, gəl söhbət et" dedi.

Təhminə ilə parkın sol tərəfində, ensiz küçədə görüşdük. Əli bizə təklikdə gəzə-gəzə söhbət etmək üçün şərait yaratdı, təxminən 10-15 metr geridə arxamızca gəldi. Parkın sol tərəfindəki birinci qapıdan daxil olduqdan sonra dekorativ şam ağacının yanına çatdıqda, evin mətbəxindən götürdüyüm, qarın nahiyəmdə gizlətdiyim bıçağı çıxardım və ona zərbələr endirməyə başladım. Ölənə kimi sayını dəqiq bilmədiyim zərbələr vurdum.

Təhminənin qardaşı Əlinin qaçaraq mənə tərəf gəldiyini gördükdə isə əlimdəki bıçağı otluğa atdım. Sonra hadisə yerindən qaçdım. Asfalt yolu digər tərəfə keçdim və Daxili İşlər Nazirliyinin "102" Çağrı Mərkəzinə zəng etdim. Adam öldürdüyüm barədə məlumat verdim. Bir qədər sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları gələrək məni apardılar".

"Tez-tez döydüyünü dedilər"

İş üzrə hüquqi varis qismində tanınan mərhum Təhminənin qardaşı Əlinin sözlərinə görə, Təhminə onun kiçik bacısı olub, təxminən 7 il əvvəl Bakı şəhərində, Balaxanı qəsəbəsində yaşayan əmisi oğlunun toy mərasimində iştirak edərkən qonşuluqdakı evdə usta işləyən Mübariz bacısını görərək bəyənib: "Təhminə qonşumuza nişanlı olsa da, Mübarizə birlikdə evdən qaçdı. Əvvəl Təhminənin bu hərəkətinə etiraz etsək də, sonradan onunla barışdıq.

Mübariz Bakı və Sumqayıtda ev təmiri ilə məşğul olurdu, bəzi vaxtlarda Təhminəni də özü ilə aparırdı. Maddi vəziyyətiləri aşağı olduğu üçün özüm də arabir bacıma maddi kömək edirdim. 2018-ci ildə Təhminə Mübariz tərəfindən döyüldü və küsərək ata evinə gəldi.

Təhminə öldürüldükdən sonra Balaxanıda yaşadığımız yerdə olan qonşulardan bəziləri mənə zəng edərək son vaxtlar Təhminəni Mübarizin tez-tez döydüyünü dedilər".

"Məsələni qaydasına qoyacaqlarını dedi"

Hüquqi varis qeyd edib ki, 30 avqust 2021-ci ildə, təxminən saat 01-02 radələrində yaşadığı evdə olarkən bacısı Təhminə zəng edib və döyüldüyünü bildirib, onu həkimə aparmağını istəyib:

"Ondan qayınanası ilə qaynının harada olduğunu, döyülərkən niyə müdaxilə etmədiklərini soruşdim. Təhminə qayınanasının yanında olduğunu, qaynının isə həyətə və küçəyə baxdığını, məsələni aydınlaşdırmağa çalışdığını dedi. Həmin vaxt Təhminənin əri Mübariz işləmək məqsədilə Bakı şəhərində idi. Təhminə qayınanasının Mübarizə baş verənlər barədə məlumat vermək istəmədiyini, məsələni özlərinin qaydasına qoyacaqlarını dedi".

"Yol xərcini ödəyəcəyimi dedim"

Əli deyib ki, atası, anası və bacanağı ilə birlikdə Bərdə rayonunun kəndinə, bacısı evinə yola düşüblər: "Təxminən gecə saat 3 radələrində ora çatdıq. Mübarizin qardaşı Seymurun qohumu ilə birlikdə evin giriş qapısı qarşısında dayandığını gördük. Bacanağımdan avtomobili saxlamasını xahiş etdim. Ata-anamla evə daxil olduq. Təhminə həmin vaxt otaqdakı divanda uzanmış vəziyyətdə alın nahiyəsində şişkinlik, gözlərinin altında qaraltı, sağ qolunda göyərmələr, həmçinin başının arxa nahiyəsində şişkinlik vardı.

Ondan nə baş verdiyini, kimin onu bu hala sadığını soruşdum. Təhminə evdə uşaqlarla birlikdə yatarkən qəfildən otağın qapısının açıldığını, tanımadığı şəxsin içəri daxil olaraq onu vurmağa başladığını, mobil telefonunu verməsini tələb etdiyini, vermədikdə isə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdiyini, səsə azyaşlı oğlunun oyanaraq qorxudan ağlamağa başladığını, evə girən şəxsin isə mobil telefonu əlindən zorla aldığını dedi.

Həmin vaxt Mübariz qardaşına zəng etdi, Bakıdan Bərdəyə gəlmək istədiyini, lakin yol pulu olmadığını dedi. Mübarizə gələrək ailəsinin problemləri ilə şəxsən məşğul olmasını, yol xərcini ödəyəcəyimi dedim. Həmin gecə ata və anamı orada qoyaraq, özüm bacanağımla geri qayıtdıq".

"Şikayət etdik"

Əlinin sözlərinə görə, növbəti gün məsələnin nə yerdə olduğunu öyrənmək üçün atasına zəng edib, atası yolda olduqlarını, bir qədər sonra kəndə çatacaqlarını bildirib: "Sonradan Təhminəni də evimizə gətirdik. Məlum oldu ki, Təhminənin ata evinə getməsini Mübariz tələb edib, onu saxlamayacağını bildirib. Təhminə ata evinə gəldikdən sonra növbəti gün digər bacımın əri və atam ilə Bərdə rayon polis şöbəsinə gedərək şikayət etdik, bacım ekspertizadan keçirildi".

Əli qeyd edib ki, sentyabrın 6-da Mübariz zəng edib və Təhminə ilə danışmağa başlayıb: "Mübariz evə girəni tapdığını, bunun üçün görüşərək birlikdə Bərdə rayon polis şöbəsinə getməli olduqlarını dedi.

Təhminə görüşmək istəmədiyini dediyi üçün mobil telefonu ondan aldım və Mübarizlə danışmağa başladım. Mübariz evə girəni tapdığını, Təhminənin polis şöbəsinə gətirməyimi, həmin adamla onu üzləşdirmək istədiyini, evdən çıxdıqdan sonra zəng etməyi, söhbət etmək istədiyini dedi. Mübarizə onların kəndləri istiqamətinə dönməyəcəyimi, Bərdə şəhərində bir yerdə görüşərək oradan da polis şöbəsinə gedəcəyimizi dedim.

Təhminəni götürərək bacanağımın atası ilə Bərdə şəhərinə gəldik. Bir qədər sonra Mübariz də qardaşı ilə oraya gəldi. Mübariz adamı tapdığını və öldürmək lazım olduğunu dedi. Mən isə Bərdəyə adam öldürməyə yox, polis şöbəsinə getmək üçün gəldiyimi dedim".

"Həkimlər öldüyünü bildirdilər"

Əli deyib ki, bundan sonra Mübarizin qardaşının mobil telefonuna zəng gəlib və o, gedib: "Biz isə polis şöbəsinə getmək üçün avtomobilə mindik. Avtomobilin hərəkətə başlayandan 1 dəqiqə keçməmiş Mübariz son dəfə Təhminə ilə söhbət etmək istədiyini dedi, sürücüdən avtomobili yolun sağında saxlamağını xahiş etdi.

Yanlarında olduğum üçün Təhminə qorxmayaraq Mübarizlə razılaşdı. İstirahət parkının sol tərəfində olan ensiz küçədə avtomobildən düşdük. Təhminənin yanından ayrılmaq istəməsəm də, Mübariz Təhminə ilə təklikdə söhbət etmək istədiyini bildirdi. Məndən bir qədər aralıda dayanmağı xahiş etdi. Rahat söhbət etmələrinə şərait yaratmaq üçün bir qədər geri qaldım. Onlar ilk döngədən sola dönüb, yolun qurtaracağındakı dekorativ ağacın arxasına keçdilər.

Az sonra bacımın qışqırıq səsini eşitdim, onlar tərəfə qaçdım. Təhminənin yerdə olduğunu, Mübarizin isə sağ əlində tutduğu bıçaqla ona zərbələr vurduğunu gördüm. Mübariz məni gördükdə bıçaq zərbələrini daha da artırdı.

Təhminənin üzünə bir bıçaq vurdu, son dəfə bıçağı onun kürək nahiyəsinə sancdı və gəldiyi yolla geriyə qaçdı. Təxminən 25-30 metr Mübarizin arxasınca qaçdım və onu yerə yıxdım. Mübarizin əlindəki bıçağın tiyəsindən tutdum və əlindən almağa çalışdım. Həmin vaxt bıçaq əlimi kəsdi. Mübariz bıçağı otluğa ataraq həmin yerdən qaçdı.

Bacımın yanına qayıdanda onun artıq can verdiyini gördüm. Həmin yerə polis əməkdaşları gəldi. Təhminəni polislərin avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına apardıq. Xəstəxanaya çatdıqda həkimlər Təhminənin artıq öldüyünü bildirdilər".

"Sosial şəbəkdə tanış olduq"

İş üzrə şahid qismində dindirilən Təhminənin intim münasibətdə olduğu iddia olunan Tahirin sözlərinə görə, 2016-ci ildə ailə qurub, iki övladı var: "Boş vaxtlarımı "instagram" və "tik-tok" sosial şəbəkələrində keçirirəm. Həmin sosial şəbəkələrdə bir neçə qadınla tanış olmuşam ki, onlardan da biri Bərdə rayon sakini, mərhum Təhminə olub.

Təhminə ilə ilk dəfə "tik-tok"da tanış oldum. Bundan sonra "instagram" sosial şəbəkəsində yazışdıq. "Tik-tok"da Təhminə özünü subay qız kimi təqdim etdi, "instagram"da isə mənə sirr verərək, iki uşağı olduğunu, boşandığını bildirdi.

Tanış olduğum ilk vaxtlar Təhminə mənə Ağcabədi rayon sakini Miri adlı tanımadığım şəxsin keçmiş sevgilisi olduğunu, Mirinin təxminən 2-3 ay əvvəl avtomobil qəzasında öldüyünü dedi. Təhminə "tik-tok"da canlı yayıma qoşulduqda tanımadığım bir neçə şəxsin onunla səmimi söhbət etmələrindən qıcıqlansam da, Təhminə məndən başqa heç bir kəslə münasibətdə olmadığını dedi.

Təhminə ilə həmişə sosial şəbəkə vasitəsilə danışmışam, telefon zəngləri isə ancaq "instagram" sosial şəbəkəsi vasitəsilə olub".

"Səhərə qədər cinsi əlaqədə olduq"

Tahir qeyd edib ki, növbəti günlərdə münasibətləri daha da irəliləyib, Təhminə ona əvvəlcə paltarda, daha sonra isə çılpaq şəkillərini göndərib. Onun sözlərinə görə, "İnstagram" sosial şəbəkəsində çılpaq şəkillərini göndərdikdən qısa müddət sonra Təhminənin dəvəti ilə onun yaşadığı evə gedib:

"Evin yolunu mənə Təhminə öyrətdi. Evə ilk dəfə getdikdə məni küçədə, qapıda qarşıladı. Birlikdə evə daxil olduq, uşaqlar otaqda yatdıqları üçün evin mətbəxində, Təhminənin yerə saldığı döşəyin üzərində səhərə qədər bir neçə dəfə cinsi əlaqədə olduq. Səhərə yaxın gəldiyim kimi piyada kəndin giriş tərəfində olan dəmir yol reysləri üstü ilə Tərtərə qayıtdım.

İlk görüşdən təxminən 10 gün sonra yenidən Təhminənin dəvəti ilə onun evinə getdim. Yenidən evin mətbəxində cinsi əlaqədə olduq. Növbəti görüşlərin birində şəxsiyyət vəsiqəm Təhminənin evində qaldığı üçün imkan olanda evinə gedərək vəsiqəmi götürməyə şərait yaratmasını xahiş etdim".

"Yalvarmağa başladı"

Tahir bildirib ki, avqustun 29-da Təhminə "instagram" sosial şəbəkəsi vasitəsilə zəng edib və onu yenidən evə çağırıb: "Taksi fəaliyyəti ilə məşğul olan qonşum Ruslana zəng etdim, şəxsiyyət vəsiqəmin Bərdə rayonunun kəndində unutduğumu, avtomobillə gedərək qayıtmağı xahiş etdim. Ruslan razı olduqdan sonra təxminən gecə 23.30-da Təhminənin evinə çatdım.

Avtomobildən düşəndə Ruslana 10-15 dəqiqəyə geri qayıdacağımı dedim və evdən bir qədər kənarda gözləməsini xahiş etdim. Evin qapısını Təhminə açdı, qızının hələ oyaq olduğunu, dəhlizdə gözləməyi, onu tez yatızdırıb yanıma gələcəyini dedi.

Dəhlizə daxil olduqda qapını arxadan bağladım. Dəhlizdə gözləsəm də, Təhminə otağa gəlməyimi istədi. Otağa daxil olduqda Təhminəni divanda oturaraq uşağı dizlərinin üstündı yatızdıran vəziyyətdə gördüm. Şəxsiyyət vəsiqəmin harada olduğunu soruşdum. Təhminə əli ilə işarə edərək dolabı göstərdi. Vəsiqəmi dolabdan götürdükdə Təhminə niyə soyuq davrandığımı soruşdu.

Təhminəyə ona inanmadığımı, başqaları ilə də danışdığını, əlaqəsi olduğundan şübhələndiyimi bildirdim. Təhminə istifadəsində olan mobil telefonu mənə uzatdı, yoxlamağı və şübhələrimə son qoymağımı istədi. Təhminənin əvvəlcədən digər oğlanlarla yazışmalarını sildiyini düşündüm və birbaşa vatsapı yoxladıqda onun digər şəxslə mesajlarını gördüm. Həmçinin evli olduğunu aşkar etdim. Təhminə mənə yalvararaq hər şeyi başa salacağını bildirdi.

Qucağındakı uşağı divanın üstünə qoyaraq getməyimə mane olmağa çalışdı. Sanki bilərəkdən otağın qapısını örtdü. Mən isə getmək istədim. Otağın qapısının qulpu olmadığına görə qapını aça bilmədim. Təhminədən qapını açmağı tələb etdim. Təhminə getməməyim üçün yalvardı. Səsə onun yatmış oğlu oyanaraq məni görən kimi ağlamağa başladı".

"Mənə göndərdiyi şəkilləri göstərdilər"

Tahir qeyd edib ki, Təhminə otağın qapısını açdıqda dəhlizdən çölə çıxan vaxt bir qadının evə yaxınlaşdığını eşidib və gizlənmək üçün evin sağındakı tinə qaçıb: "Qadın evə daxil olan kimi cəld evin həyətinin giriş qapısına doğru irəlilədim. Həmin vaxt Təhminənin ağlayaraq, uca səslə "telefonu oğurladılar" dediyini, arxa tərəfdə kiminsə dəmir qapını açıb, avtomobili işə saldığını eşitdim.

Küçəyə çıxdıqda Ruslanı tapa bilmədim. Mobil telefonum söndüyü üçün nə Təhminə, nə də ki Ruslanla əlaqə saxlaya bilmədim. Bərdə-Tərtər yolunun üzərindəki dəmir relslərə kimi piyada getdim. 15-20 dəqiqə orada gözlədim və Tərtər istiqamətində gedən tanımadığım "Qazel" sürücüsü ilə yaşadığım evə qayıtdım.

Evə gəlib telefonu açdım. Təhminənin "tik-tok"da "mən sənin adını verməyəcəm, sən də mənim adımı vermə, işdi səni tapsalar, oğurluq məqsədilə evimə gəldiyini deyərsən" mesajı yazdığını gördüm.

Təhminənin əri Mübarizi əvvəllər tanımamışam, heç bir münasibətim olmayıb. Qətl hadisəsindən sonra Bərdə polis şöbəsinə çağırılanda orada polis əməkdaşlarına Təhminə ilə aramızda olan yazışmaları, danışıqları və mərhumun mənə göndərdiyi şəkilləri göstərdilər".

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Mübariz 17 il müddətinə azadlıqdan məhrum edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı