Qaynar xətt:

(+99450) 247 90 86

Oğuzda ağır QƏZA: 1 ölü, 3 yaralı

Oğuzda ağır QƏZA: 1 ölü, 3 yaralı

KRİMİNAL

460

25.08.2023, 21:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Oğuzda ölümlə nəticələnən yol qəzası olub.
 
OXU24.COM xəbər verir ki, hadisə 16:30-da Oğuz-Sincam-Xaçmaz avtomobil yolunun Sincam kəndi ərazisindən keçən hissəsində baş verib.
 
“VAZ 2107” və “Opel” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı rayonun Dəymədağlı kənd sakini, 1961-ci il təvəllüdlü Tofiq Allahverdi oğlu Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha üç nəfər, rayonun Sincan kənd sakinləri, 1990-cı il təvəllüdlü İntiqam İnqilab oğlu Nəbiyev, onun atası 1964-cü il təvəllüdlü İnqilab Nəbi oğlu Nəbiyev və 1957-ci il təvəllüdlü Şaid Əli oğlu Mikayılov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
 
Faktla bağlı araşdırma aparılır.