Qaynar xətt:

(+99450) 247 90 86

Əmisindən PUL İSTƏDİ... İmtina ediləndə öldürdü... - İDDİA - VİDEO

Əmisindən PUL İSTƏDİ... İmtina ediləndə öldürdü... - İDDİA - VİDEO

KRİMİNAL

504

06.08.2023, 10:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Balakəndə 47 yaşlı kişi qətlə yetirilib.

OXU24.COM Xəzər TV-yə istinadən xəbər verir ki, rayonunun Xalatala kənd sakini Şahin Zalxayevi yaşadığı evdə qana bulanmış vəziyyətdə işdən evə qayıdan qardaşı aşkar edib. Daha sonra o, Polis Şöbəsinə məlumat verib. Həyata keçirilmiş əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı oğlu, 17 yaşlı yeniyetmə saxlanılıb.

Qətllə bağlı bəzi təfərrüatlar məlum olub. Qohumlar bildiriblər ki, öldürülən Şahin Zalxayev uzun illər şəkər xəstəsi olub və son dövrlər vəziyyəti ağırlaşdığına görə yatağa düşdüyündən qardaşı ilə birgə yaşayırmış.. İddiaya görə cinayətə səbəb saxlanan şəxsin əmisindən pul istəməsidir.

Hazırda Şahin Zalxayevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: