Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
29 Sentyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
486
03.08.2023, 19:07
Astara rayonunda 1959-cu il təvəllüdlü Şəhla keçmiş ərinin ikinci arvadı Mədinəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
OXU24.COM bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 23-də Astara rayonunun kəndlərindən birində baş verib.
Şəhla yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı mətbəx bıçağı ilə Mədinənin sağ bud nahiyəsinə bir dəfə vurub.
Hadisəni törədən Şəhlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəhla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Astara rayonunun kəndində yaşayır:
"Zərərçəkmiş Mədinə ərim Səlimin ikinci arvadıdır. Bir neçə ildir ki, Mədinə bizimlə yaşadığı üçün aramızda mübahisələr baş verir. Hadisə günü, saat 9 radələrində yaşadığım evdə olan zaman Mədinə yenidən mənə söz ataraq sataşdı. Mənim evdən getməyimi tələb etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşdiyimdən və Mədinənin hərəkətlərindən bezdiyimdən mətbəx bıçağını götürdüm, onun arxa bud nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Qorxduğuma görə həmin mətbəx bıçağını həyətə tulladım. Ancaq hara tulladığımı dəqiq bilmirəm".
Astara Rayon Məhkəməsinin hökmü ilə Şəhla aylıq qazancının 20 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla altı ay müddətinə islah işləri cəzasına məhkum edilib.
12:17 / 29 Sentyabr 2026
11
12:14 / 29 Sentyabr 2026
26
12:10 / 29 Sentyabr 2026
32
12:08 / 29 Sentyabr 2026
46
12:05 / 29 Sentyabr 2026
30
11:55 / 29 Sentyabr 2026
40
11:53 / 29 Sentyabr 2026
40
11:41 / 29 Sentyabr 2026
323
11:35 / 29 Sentyabr 2026
50
11:35 / 29 Sentyabr 2026
45
11:33 / 29 Sentyabr 2026
63
11:29 / 29 Sentyabr 2026
57
11:25 / 29 Sentyabr 2026
48
11:13 / 29 Sentyabr 2026
44
11:04 / 29 Sentyabr 2026
53
10:53 / 29 Sentyabr 2026
53
10:44 / 29 Sentyabr 2026
64
10:37 / 29 Sentyabr 2026
480
10:34 / 29 Sentyabr 2026
58
10:30 / 29 Sentyabr 2026
60
10:19 / 29 Sentyabr 2026
58
10:17 / 29 Sentyabr 2026
263
10:00 / 29 Sentyabr 2026
312
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.