Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

KRİMİNAL

398

01.08.2023, 10:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən İsrafil Yusifovun cinayət işi üzrə məhkəmə başlayır.
Oxu24.com xəbər verir ki, onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Leyla Məmmədovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil.
Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində qeydə alınıb. 1980-ci il təvəllüdlü İ.Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı 1986-cı il təvəllüdlü Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra İ.Yusifov könüllü olaraq istintaqa təslim olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Miri Məcidli