Qaynar xətt:

(+99450) 247 90 86

Qanunsuz ov edənlər cəzalandırılıb

Qanunsuz ov edənlər cəzalandırılıb

KRİMİNAL

379

29.07.2023, 09:12

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Xızı rayonu akvatoriyasında və Kür çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Bu barədə Oxu24.com-a Dövlət Xidmətindən bildirilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov deyib ki, araşdırma zamanı balıq ovlayan şəxslərin Xızı rayonu, Şuraabad kənd sakini Ramal Səfərov və Şirvan şəhər sakini İlqar Nuriyev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və 700 metr uzunluğunda 17 ədəd sintetik tor götürülüb.
Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Nigar