Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda gecə klubunda insident

Bakıda gecə klubunda insident

KRİMİNAL

544

25.07.2023, 13:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda gecə klublarının birində insident baş verib.

OXU24.COM  qafqazinfo-ya istinadən xəbər verir ki, Abşeron rayon sakini, 31 yaşlı G.Əhmədova gecə saat 04:15 radələrində polisə zəng edərək tanışının onu və daha bir neçə nəfəri ölümlə hədələdiyini bildirib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən klubdan zəng edən şəxsin sözlərinə görə, orada olan Sadiq adlı şəxs bıçaq götürərək onu və klubda olan digər şəxsləri öldürəcəyini deyib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. 1987-ci il təvəllüdlü Sadiq Süleymanov saxlanılıb.

Faktla bağlı Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsində araşdırma aparılır.