Sumqayıtda ağır qəza olub
29 Sentyabr 2026, 13:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
383
20.07.2023, 10:34
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “Həbib” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Tərtər rayon sakini, əvvəllər də məhkum olunmuş Səbuhi Əlizadə saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana və 1000 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində həmin narkotik vasitəni və həbləri paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu “Həbib”adlı İran vətəndaşı ilə 1000 manat qarşılığında razılaşdığını bildirib. S.Əlizadə barəsində şöbənin İstintaq bölməsində cinayət işi başlanılıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən şəhər sakini Müşviq Mahmudov, eləcə də rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Coşqun Kərimov və Elbrus Abdullayev saxlanılıblar.
M.Mahmudovun evinin həyətyanı sahəsindən çəkisi 3 kiloqramdan artıq çətənə bitkiləri, digər iki nəfərdən isə müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
Keçirilən növbəti əməliyyat zamanı həmkəndlisinin evindən 1500 manat dəyərində samovarı oğurlayan rayonun Qaraman kənd sakini Fəxri Babayev də saxlanılıb. Onun oğurladığı məişət əşyası maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Nigar
16:19 / 29 Sentyabr 2026
9
16:14 / 29 Sentyabr 2026
13
16:05 / 29 Sentyabr 2026
31
16:01 / 29 Sentyabr 2026
1
15:54 / 29 Sentyabr 2026
43
15:44 / 29 Sentyabr 2026
209
15:41 / 29 Sentyabr 2026
53
15:10 / 29 Sentyabr 2026
58
14:56 / 29 Sentyabr 2026
72
14:40 / 29 Sentyabr 2026
53
14:21 / 29 Sentyabr 2026
138
14:18 / 29 Sentyabr 2026
44
14:15 / 29 Sentyabr 2026
69
14:08 / 29 Sentyabr 2026
107
14:00 / 29 Sentyabr 2026
63
13:58 / 29 Sentyabr 2026
64
13:45 / 29 Sentyabr 2026
199
13:40 / 29 Sentyabr 2026
63
13:36 / 29 Sentyabr 2026
52
13:25 / 29 Sentyabr 2026
297
13:24 / 29 Sentyabr 2026
207
13:22 / 29 Sentyabr 2026
155
13:18 / 29 Sentyabr 2026
67
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.