Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda kafedə ekoloji tələblərin pozulduğu aşkarlanıb

Bakıda kafedə ekoloji tələblərin pozulduğu aşkarlanıb

KRİMİNAL

252

17.07.2023, 22:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 26 ünvanında fəaliyyət göstərən "Ağa Çayı" kafesindən atmosfer havasına tüstünün yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bu barədə Oxu24.com-a  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən iaşə obyektinin fəaliyyəti zamanı atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə kafedə qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən olunub.

Faktla bağlı kafenin səlahiyyətli nümayəndəsi Şakir Məmmədov barəsində protokol tərtib olunub. Eyni zamanda, kafedə təmizləyici qurğunun quraşdırılması məqsədilə ona məcburi göstəriş verilib.