Qaynar xətt:

(+99450) 247 90 86

Şəmkirdə 60 yaşlı kişi bıçaqlanaraq öldürülüb

Şəmkirdə 60 yaşlı kişi bıçaqlanaraq öldürülüb

KRİMİNAL

381

17.07.2023, 09:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Şəmkirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada ölüb.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib. Məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayonun İrmaşlı kənd sakini, 1963-cü il təvəllüdlü Fikrət Bağırovun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi, göstərilən tibbi müdaxilələrə baxmayaraq, bu gün səhər saatlarında ölməsi barədə məlumat daxil olub.
Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nigar