Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92509
az

Qardaşı arvadına sataşanı küçədə öldürdü - Qadın şikayətçi olmadı - TƏFƏRRÜATLAR

21:3513 İyul, 2023
276
KRİMİNAL
  • A

2019-cu il mayın 8-də Sumqayıt şəhəri Sülh küçəsində 1984-cü il təvəllüdlü Emin Kərimov bıçaqlanır. Təcili Tibbi Yardım Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmur. Həmin gün şübhəli şəxs qismində şəhərin 2-ci mkr-da yaşayan, əvvəllər məhkum olunmayan 1970-ci il təvəllüdlü Şəmsəddin İbrahimov saxlanılıb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

KİV-nə açıqlama verən mərhumun atası bildirib ki, oğlu böhtan və xuliqanlığın qurbanı olub. Onun sözlərinə görə, İbrahimov qardaşları ağır cinayəti şərəf və ləyaqətlərini qorumaq üçün törətdiklərini bildirsələr də, ilkin istintaqda bu təsdiq olunmayıb.

İyulun 20-də 1985-ci il təvəllüdlü Yaşar İbrahimov da təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Amma 5 gündən sonra barəsində həbsqəti imkan tədbiri qərarı ləğv edilib və o, İstintaq Təcridxanasından həbsdən azad olunub. Avqustun 22-də keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyində göstərilib ki, Yaşar İbrahimov anlaqsız hesab olunmalıdır. O, öz hərəkətlərini idarə etmək iqtidarında deyil.

OXU24.COM  bildirir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, "xroniki sayıqlama pozuntusu"ndan əziyyət çəkdiyi üçün hərəkətlərinin faktiki xarakterini dərk etməyənı Yaşar İbrahimov qardaşı Şəmsəddin İbrahimova, Emin Kərimovun onu və həyat yoldaşını təqib etməsini, arvadı ilə olan fotoşəkillərini sosial şəbəkələrdə yaydıqlarını, buna görə də polisə şikayət etmək istədiyini bildirib. Məsələyə aydınlıq gətirməyən Şəmsəddin Yaşarın söylədiyi sözləri həqiqət kimi qəbul edib və heç bir əsaslı səbəb olmadan Emin Kərimovu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək məqsədi ilə 2-ci mikrorayonda yaşadığı mənzildən bıçaq götürüb və Eminin iş yerinin qarşısına gəlib. Mobil telefondan Emin Kərimova zəng edib və çölə çıxmasını deyib. Yaşara qarşı etdiyi əxlaqsız hərəkətlərinə görə iradını bildirəndə, Emin bunu inkar edib. Emin Yaşarın arvadı ilə ümumiyyətlə münasibəti olmadığını və ona qarşı nalayiq hərəkətlər etmədiyini bildirib. Buna baxmayaraq Şəmsəddin gödəkçəsinin cibindən çıxardığı bıçaqla, qəsdən, 3 dəfə zərbə endirməklə zərərçəkmişi həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Şəmsəddin İbrahimov bildirib ki, Yaşıllaşdırma idarəsində sahə ustası işləyib. Emin Kərimovu əvvəllər tanımayıb:

 

"Hadisədən təxminən 6 ay əvvəl Yaşar mənə məhəllədə Emin adlı şəxsin ona və arvadı Kəminəyə sataşdığını, yoldaşına intim münasibətdə olmağı təklif etdiyini və onun özünü də nalayiq ifadələrlə təhqir etdiyini dedi. Bildiyimə görə, Yaşarın qaynı Samir də bununla bağlı Eminlə görüşüb, söhbət edib və Samir deyilənlərin həqiqət olmadığını söyləyib. Bundan sonra, Yaşarın dediyinə görə, məsələ bir qədər də böyüyüb. Eminin dostları hər dəfə görəndə, Yaşarı ələ salıblar, işlədiyi köşkün üzərində nalayiq ifadələr yazıblar. Həmin şəxslər "Whatsapp"da qardaşımın və onun arvadının şəkillərini yayıb, şəxsiyyətlərini alçaldıblar. Buna görə, Yaşarın dediklərini yoxlamaq qərarına gəldim. Həqiqətən də, naməlum şəxslərin qardaşıma sataşdıqlarını, blokun qabağında toplaşdıqlarını, hətta Eminin qardaşımın arvadına yaxınlaşdığını gördüm. Hadisədən təxminən 3 ay əvvəl Emin Kərimovun iş yerinə getmişəm. Bu haqda söhbət edib, ondan tələb etdim ki, dostları ilə birlikdə qardaşımdan əl çəksin. Emin isə cavabında, Yaşarı təhqir etmədiklərini dedi.

2019-cu il mayın əvvəllərində qardaşım mənə hər yerdə biabir olduğunu, tanışlarının ona salam vermədiyini və artıq belə yaşaya bilmədiyini söylədi. Mayın 8-i səhər saat 11 radələrində qardaşım yanıma gəlib, yoldan keçən avtomobildə əyləşmiş şəxslərin onu söydüklərini və polisə müraciət etmək istədiyini bildirdi. Buna görə, Eminə zəng etdim. Emin iş yerində olduğunu deyəndə, mənzilə qalxdım və bıçaq götürdüm. Yaşarla birlikdə Eminin iş yerinə getdim və zəng vurub, ondan çölə çıxmasını tələb etdim. Axırıncı dəfə xəbərdarlıq etdiyimi xatırlatdıqda, Emin nalayiq ifadələrdə təhqir edib, mənə yumruq atdı. Həmin vaxt Yaşar təxminən 30-40 metr aralıda dayanmışdı. Şalvarımın arxa cibindən bıçağı çıxarıb, Eminin qarınına bir zərbə vurdum. Kərimov yerdən dəmir borunu götürüb, alnıma xəsarət yetirdi. Yaşar bizi aralamaq istədikdə, həmin alətlə qardaşımı da vurdu. Növbəti bıçaq zərbəsindən sonra, Emin yerə yıxıldı. Hadisə yerinə gələn Eminin iş yoldaşlarına polisə məlumat vermələrini dedim".

 

Hadisə olan yer

Şəmsəddin İbrahimov qeyd edib ki, Emin Kərimovun iş yerinə, onu öldürmək məqsədi ilə getməyib. Məqsədi onunla görüşüb, bu məsələni aydınlaşdırmaq olub.

Zərərçəkmiş şəxsin hüquqi varisi Elçin Kərimov ifadəsində göstərib ki, kiçik qardaşı Emin Kərimov valideynləri ilə birlikdə yaşayıb:

"Təqsirləndirilən Şəmsəddin İbrahimovla eyni orta məktəbdə oxuyurdular. 2019-cu il mayın 8-də qardaşımın iş yerində öldürüldüyünü bilib, dərhal Sumqayıta gəldim. Yaşar İbrahimovun arvadına sataşdığına görə Eminin qətlə yetirilməsi barədə heç bir əsa

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi