Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
29 Sentyabr 2026, 20:46
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
398
04.07.2023, 11:34
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, monitorinqlər zamanı Fərid Mirzəyevin “Mercedes” markalı avtomobil ilə toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etməsi məlum olub.
Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə F.Mirzəyev sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib. Qayda pozduğuna görə saxlanılan “Tofaş” markalı avtomobilin sürücüsü İsmayıl Tağıyev isə 8 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bundan bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə adağan olunmuş səs siqnallarından istifadə etməsi, arxa yayların kəsilməsi və digər konstruksiya dəyişikliyi dərək iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
22:09 / 29 Sentyabr 2026
1
22:09 / 29 Sentyabr 2026
11
21:58 / 29 Sentyabr 2026
25
21:45 / 29 Sentyabr 2026
40
21:36 / 29 Sentyabr 2026
52
21:26 / 29 Sentyabr 2026
49
20:56 / 29 Sentyabr 2026
159
20:53 / 29 Sentyabr 2026
64
20:48 / 29 Sentyabr 2026
448
20:46 / 29 Sentyabr 2026
60
20:38 / 29 Sentyabr 2026
72
20:33 / 29 Sentyabr 2026
72
20:27 / 29 Sentyabr 2026
63
20:25 / 29 Sentyabr 2026
68
20:23 / 29 Sentyabr 2026
59
20:14 / 29 Sentyabr 2026
49
20:09 / 29 Sentyabr 2026
60
19:52 / 29 Sentyabr 2026
62
19:49 / 29 Sentyabr 2026
76
19:37 / 29 Sentyabr 2026
215
19:35 / 29 Sentyabr 2026
62
19:27 / 29 Sentyabr 2026
71
19:22 / 29 Sentyabr 2026
61
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.