Qaynar xətt:

(+99450) 247 90 86

Qohumunu öldürən şəxs tutulub

Qohumunu öldürən şəxs tutulub

KRİMİNAL

372

03.07.2023, 11:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda kişi öldürülüb, qohumu şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə Oxu24.com-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, iyulun 2-də Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü Arif Muxtarovun aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1998-ci il təvəllüdlü Əkbər Vəliyevin iyulun 1-də Sumqayıt şəhəri ərazisində aralarında yaranmış mübahisə zamanı bacısının əri Arif Muxtarova bıçaqla xəsarətlər yetirməsi və zərərçəkmişin növbəti gün həmin xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi istintaq edilir. Əkbər Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.