Qaynar xətt:

(+99450) 247 90 86

Metroda qadının pulunu və bank kartını oğurlayan şəxs saxlanılıb

Metroda qadının pulunu və bank kartını oğurlayan şəxs saxlanılıb

KRİMİNAL

360

22.06.2023, 12:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İyunun 16-da metronun İnşaatçılar stansiyasında Bakı şəhər sakini olan bir qadının çantasından içərisində pulu, bank kartı, sənədlər və ev açarları olan cüzdanın oğurlanması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Cəlaləddin Abdullazadə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

 

Nigar