Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
91266
az

Hökməlidə ana və 8 aylıq qızının qətli bağlı TƏFƏRRÜATLAR... - VİDEO

22:5521 İyun, 2023
174
KRİMİNAL
  • A

Qadın və körpəsi qətlə yetirilib. Dünən Hökməli qəsəbəsində baş vermiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

OXU24.COM  Xəzər TV-yə istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Leyla Hüseynli və 8 aylıq körpəsinin ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Qurumdan bildirilib ki, 1993-cü il təvəllüdlü Fərid Hüseynlinin hadisəni törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Hökməli qəsəbə İcra nümayəndəsinin müavini Güləhməd Xəlilovun sözlərinə görə əslən Masallı rayonundan olan Fərid Hüseynli Bakıda zərgərliklə məşğul imiş.

İddiaya görə, Fərid Hüseynli ilk olaraq həyat yoldaşına bir neçə bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.

Bıçaq zərbələrindən biri həyat yoldaşının qucağında olan 8 aylıq qızı Aliyə Hüseynliyə dəyib. Körpə xəstəxanaya aparılarkən yolda keçinib. Fərid Hüseynli daha sonra əlində olan bıçaqla öz qarın boşluğuna ağır zərbələr endirib.

"O, xəstəxanaya çatdırılıb."

Xəstəxanadan verilən məlumata görə Fərid Hüseynli 4 litr qan itirib və vəziyyəti kafidir. Qətlin qıqanclıq zəminində törədildiyi ehtimal edilir.

Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tovuzda sərnişin avtobusu 30 yaşlı qadını vuraraq öldürdü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Generalın məhkəməsində ŞOK İFADƏ: